4.5. Suvarma menecmenti
Qarğıdalı bitkisi suvarmaya çox həssasdır. Bu bitkinin yetişmə fazası ilin isti fəslinə düşdüyü üçün suya tələbatı böyükdür. Misal üçün ədəbiyyatlara istinadən 1 kiloqram qarğıdalı dəni üçün 750-900 litr su istifadə edilir. Azərbaycanda qarğıdalı daha çox Şəki-Zaqatala bölgəsində, dəmyə şəraitində əkilir. Dəmyə əkinçiliyi - süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür. Dəmyə əkinində məhsuldarlıq torpağın rütubət miqdarından və yaz yağışlarından asılıdır. Adətən bu torpaqlarda suvarılma yalnız quraqlıq dövrlərdə aparılır.
Suvarılan torpaqda isə vegetasiya dövründə qarğıdalı bir neçə dəfə sulanmalıdır. Yaxşı məhsul almaq üçün bu bitkinin su ehtiyacı vaxtında tamamən ödənilməlidir.
Qarğıdalı əkinlərinin aparıldığı torpaqlarda ilk olaraq əkin zamanı lazım olacaq suyun qədəri ərazidəki su ehtiyatı ilə qarşılaşdırılaraq hesablamalar aparılmalıdır (Şəkil 4.27).
Suvarma üçün öncə bitkinin suya ehtiyacı öyrənilməlidir. Bu ehtiyac bitki və torpağın vizual analizlərinə görə təsbit edilməlidir. Erkən səhər saatlarında sahəyə çıxıb bitkiləri yoxlamaq lazımdır. Əgər bitkilərin yarpaqlarında porsuma və qıvrılma müşahidə edilirsə demək bitkinin suya ehtiyacı var. Bir başqa üsul isə torpağın əl ilə müşahidə edilməsidir. Qarğıdalı bitkisinin kök dərinliyində torpaq götürüb əl ilə sıxılır. Əgər torpaq dağılırsa sulama aparılmalıdır, torpaq dağılmırsa, əksinə ələ yapışırsa, demək torpaq nəmişliyi yaxşıdır və suvarmaya ehtiyac yoxdur.
İlkin suvarma əkindən sonra toxumların islanıb cücərməsi və çıxışların alınması üçün aparılır.
Sonrakı dövrlərdə metodikaya görə suvarılan əkinçilik rayonlarında qarğıdalının dörd kritik suvarma dövrü var: