5. Qarğıdalı məhsulunun yetişməsi və siloslanması
Qarğıdalının sahədə son fazası yetişmə fazasıdır. Bitkinin dən və ya silos üçün becərilməsindən asılı olaraq yığım müxtəlif kimyəvi tərkibdə və xüsusiləşdirilmiş texnika ilə aparılır. Yığımdan sonra mühüm işlər dənin qurutma texnikası və siloslama metodikası sayılır.
4.1. Yetişmə dövrünün müəyyən edilməsi
Qarğıdalı məhsulu yağışlar başlamamış, soyuqlar düşməmiş yığılmalıdır. Yığım gecikdirilsə məhsul itkisi baş verər. Çünki, yağışların yaratdığı nəmişlik xəstəliklər yaradır və toxumun saxlanma prosesində böyük itkilərə səbəb olur. Qarğıdalının yetişmə dövrünü bir çox alimlər fərqli meyarlara görə təyin etməyi tövsiyə edirlər, məsələn:
Alimlər Shou və Tom hesab edirdilər ki, qarğıdalının yetişmə dövrünü vegetativ və qıçanın inkişaf mərhələlərinə bölmək olar. Vegetativ mərhələnin özünü üç mərhələyə bölmək olar: