Dənlik qarğıdalı yığımı iki sxem üzrə aparılır. Birinci üsul qıçaların yığımı və dənin döyülməsi proseslərini cəmləşdirir. Yığım vaxtı gövdə və yarpaqlar sonradan siloslama üçün xırdalanır.
İkinci halda qarğıdalı qıçaları artıq yığım prosesində dən üçün döyülür.
Bu texnologiyanın tətbiqi zamanı, yığımda qarğıdalı yığan xüsusi texnikadan istifadə olunur və bu da yığımın təşkilini asanlaşdırmaq üçün zəmin yaradır (Şəkil 5.9).
5.2.1. Qıçaların yığım texnologiyası
Qıçalar əsasən tam yetişmə fazasında yığılır. Bəzən qarğıdalı mumyetişmə dövründə silos almaq üçün yığılır və bu da yemin keyfiyyətinin daha yaxşı olmasına gətirib cıxardır (Şəkil 5.10).
Qıçaların yığımı adətən kombaynla həyata keçirilir. Bu zaman kombaynın bir gedişində bitkinin gövdələri kəsilir, onlardan qıçalar ayrılır, üz qabığından təmizlənir və qıçalar bunkerlərə yığılır (Şəkil 5.11)
Xarici ölkələrdə iki metoddan istifadə olunur:
Tam yetişmiş qarğıdalının yığımı və dən döyümü texnoloqiyası başqa dənli - taxıl bitkilərində olduğu kimidir. Dənli bitkilərdə olduğu kimi bu proses iki üsulla həyata keçirilə bilər:
1 - Ötürücü mil;
2 - Mil zəncirlər;
3 - Kəsici alət;
4 - Gövdəni əyən frontal qalxan;
5 - Qıçanı gövdədən ayıran alət;
6 - Xırdalayıcı aqreqat;
7 - Xırdalanmış kütlənin daşıyıcısı;
8 - Qıçaların daşıyıcısı;
9 - Hava kanalı;
10 - Konteyner qoşqusu;
11 - Soyutma qurğusu (ventilyator).