5.2.1.2. Dən üçün qarğıdalının yığımı
Dən üçün yığım sahədə aparılır. Bunun üçün sistemi dəyişdirilmiş dən yığan kombaynlara xüsusi detallar əlavə olunur. Bu nəqliyyat vasitələrinə aiddir. Məsələn, dəndöyən qurğu, gövdə və başqa əlavə detallar (Şəkil 5.16). Bu zaman adi taxıl biçən kombayna JKN 2,8M (ЖКН-2,8М) taxıl döyən qurğunun, xırdalayıcı İ-15U (И-15У) isə saman yığan aqreqatın yerinə quraşdırılır (Şəkil 5.17).
5.2.1.3. Silos
Silos üçün qarğıdalının yığımı və yığımdan sonraki texnoloji proseslər bundan ibarətdir:
Başqa bitkilərin siloslanması zamanı da qarğıdalıdakı tədbirlər həyata keçirilir.
Qarğıdalının silos üçün yığımı iki üsulla aparıla bilər:
Əsas yığım üsulu kombaynlarla aparılır. Bu zaman biçin, doğranma və maşınlara yığım prosesləri kombaynlar tərəfindən həyata keçirilir.
Ayrı-ayrı metod ilə bəzən kombaynların işləməsi mümkün olmayan əkin sahələrində və silosa başqa bitkilərin də silosu qatıldıqda istifadə olunur. Bu metodda əvvəl bitkilər yığılır və tığlara vurulur, sonra isə maşınlarla daşınıb silos edən kombaynların işləməsi mümkün olan ərazidə siloslama aparılır. Lazım olduqda bu tip silosa dənli paxlalı bitkilər də əlavə olunur.