5.2.1.4. Silos yığan kombaynlar
Silos yığmaq üçün müxtəlif tip və markada kombaynlar istifadə olunur. Məsələn, KS (KC) ailəsindən olan kombaynlar: KS - 2.6 (KC-2.6) yığan (aqreqatın eni 2.6 metr), KSS - 2.6 (KCC-2.6, Şəkil 5.18) - sürət modifikasiyalı kombayn. KS (KC) - tipli kombaynların rütübətli ərazilərdə istifadə edilməsi üçün tərtib olunmuş KSQ - 3,2 (КСГ-3,2). KS - 2 (KC-2) kombaynından fərqli olaraq KSQ - 3,2 (КСГ-3,2, Şəkil 5.19) xırdalanmış silosu yığmaq üçün bunkerlə təchiz olunub. O cümlədən son zamanlar istehsala buraxılmış Rusiya istehsalı Xersoneç-7 (Xeрсонец-7), SCORPIONE 946 və 976 (Şəkil 5.20) (qarğıdalı qıçalarını yığır) və s. tipli texnikadan qarğıdalı yığımında geniş istifadə olunur.
5.3. Məhsulun silos edilməsi, qurudulması və saxlanması
Siloslama yaşıl bitkilərin süd fermentasiyasına əsaslanan bioloji konserviləşdirmə üsuludur. Siloslamanın mahiyyəti ondan ibarətdir ki, qarğıdalının yaşıl yarpaqları və qıçaları böyük təzyiqlə xəndəklərə sıxılaraq yığılır və üstü örtülür. Bu zaman qıcqırma prosesi baş verir və silosda süd turşusu əmələ gələrək yemi konservləşdirir və ona yaxşı dad verir.
5.3.1. Qarğıdalı silosunun keyfiyyətini təşkil edən faktorlar
Xəndəklərin hazırlaması;