Vegetasiya | 1 kiloqram quru maddədə olan | |||
Quru maddə, (faiz) |
Xam protein, (faiz) |
Xam sellulioz, (faiz) |
Enerji mübadiləsi, Mikro Coul |
|
Qıçaların formalaşmasının başlanğıcı |
17,0 | 9,0 | 2,7 | 9,6 |
Süd yetişkənlik | 22,0 | 9,1 | 23,3 | 10,1 |
Süd - mum yetişkəlik | 27,0 | 8,9 | 21,2 | 10,5 |
Mum yetişkənlik | 32,0 | 9,0 | 18,5 | 11,1-11,5 |
Cədvəl 5.1. Qarğıdalının vegetasiya mərhələsindən asılı olaraq silosdakı qida dəyəri
5.3.1.3. Optimal nəmlik, kəsim hündürlüyü və xırdalama miqyası
Silosluq qarğıdalının əsas şərti - nəmlik yüksək olmamalıdır (80 faiz və daha çox). Bu ona görə vacibdir ki, nəmlik 80 faizdən yuxarı olanda xəndəklərdə siloslama zamanı yemin qidalı şirəsi axmır və bununla da süd bakteriyalarının əmələ gəlməsinə yaxşı şərait yaranır. Yemin şirəsi axdıqda xəndəkdə çürümə bakteriyaları əmələ gəlir, qızışma baş verir və yem kiflənir. Silosluq qarğıdalının yığımı üçün ən optimal faza mum yetişkənliyidir.
Yemdəki nəmi təqribi ölçmək üçün 5-15 millimetr ölçüdə xırdalanmış yem kütləsini ovcunuzda 20-30 saniyə sıxıb buraxın. Əgər sıxdığınız kütlə öz formasını saxlayırsa və sıxılan zaman şirə süzülürsə deməli nəmlik 75 faizdən (yəni normadan) çoxdur. Əgər sıxılan kütlə formasını saxlayır, ancaq şirə az çıxırsa, deməli nəmlik 60-70 faizdir. Kütlə ovcunuzu açdığınızda özü dağılırsa, demək nəmlik 60 faizdir.
Lakin bu dövrün mənfi cəhətləri də vardır. Mum yetişkənliyi dövründə bitki gövdəsinin alt qismi və qıça gövdəsi artıq bərkimiş olur, dənin 15-18 faizi fizioloji və ya texniki yetişkənlik dövründə olur (bərkiyir). Bu isə yemin heyvan orqanizmi tərəfindən çətin həzm olunmasına səbəb olur. Buna görə də bu fazada yığım aparıldıqda yaşıl kütləni 10 millimetr uzunluğunda doğramaq lazımdır (Şəkil 5.25). Dəni isə 5 millimetr boyunda, cəmi 5 faiz döyülməmiş dən olmaq şərti ilə, xırdalamaq lazımdır. Bu xırdalama əmsalı yalnız mum yetişkənlik dövründə, nəmlik 60-70 faiz təşkil edəndə yığılan məhsul üçündür.