Əgər silos süd-mum yetişkənlikdə hazırlanırsa parçalar 30-35 millimetr, süd yetişkənlikdə isə 40-45 millimetrə qədər xırdalanmalıdır ki, yemin şirəsinin axınının qarşısı alınsın (Şəkil 5.26).
Bitkinin kəsim hündürlüyü də vacib şərtdir. Mum yetişkənlikdə olan qarğıdalının biçim hündürlüyü 40-50 santimetr olmalıdır (Şəkil 5.27).
5.3.1.4. Silosa vurulan qoruyucu qatqıların tətbiqi və istifadə dərəcəsi
Son zamanlar silosun konservləşməsi üçün xüsusi qatqı maddələri istifadə olunur. Onlar silosda süd fermentasiyasını stimullaşdırmaq üçün istifadə olunur. Bu maddələrin istifadəsinin ilk saatından başlayaraq qıcqırma prosesi gedir və beləliklə də zəhərli maddələrin əmələ gəlməsinin qarşısı alınır.
Bioloji qatqı maddələrini reseptə uyğun olaraq məhlul halında hazırlayıb istifadə etmək lazımdır.
Xəndəklərə silosun yığılması bir necə günə başa çatdırılmalıdır (silosun keyfiyyəti bundan asılıdır). Xəndəkdəki ilk pres olunan silosa havanın daxil olmasının qarşısını almaq üçün hər gün 80 santimetrdən az olmayan qalınlıqda yaşıl kütlə doldurulmalıdır (Şəkil 5.28) Bu o deməkdir ki, silosun xəndəklərə yığımı sürətlə aparılmalıdır. Bu qanuna riayət edilməsə böyük məhsul itkiləri ola bilər.
Yüksək keyfiyyətli yemin alınmasının əsas şərtlərindən biri də toxaclamadır (presləmə). Toxac edərkən hava sızmasına yol vermək olmaz. Bu əsas şərtdir. Buna görə xəndəyin divar diblərini doldurmaq mütləq şərtdir (Şəkil 5.29).
Daha bir vacib şərt saxlanma deposunun hermetikliyinin təmin edilməsidir. Xəndək doldurulduqdan sonra, onun üstü xüsusi çadırlarla örtülür. Çadır kimi polietilen örtüklərdən istifadə etmək olar, onlar gün işığına və soyuğa dözümlüdürlər (Şəkil 5.30).