Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Əgər tarladakı qarğıdalıların saçaqlarının əmələ gəlmə tarixinin orta rəqəmi bilinirsə, bu rəqəmə əlavə ......... günü də əlavə edərək yetişmə dövrünün təqribi tarixini öyrənmək olar.
A) 8;
B) 70;
C) 35;
D) 50.
Sual 2. Gec saralma (süd-mum) dövründə nişasta bərkimiş olur. Bu hal mayalanmanın təxminən ..... günü baş verir.
A) 40-cı;
B) 25-ci;
C) 50-ci;
D) 110-cu.
Sual 3. Silos üçün yığım aparıldıqda qida maddələrinin əhəmiyyətli hissəsinin itkisi baş verir
A) Süd-mum yetişmənin son etapında;
B) Mum yetişkənlik fazasında;
C) Süd-mum yetişmənin erkən mərhələlərində;
D) Süd yetişkənliyin sonunda.
Sual 4. Dənlik qarğıdalının yığımı adətən, qıça nəmliyi ....... faizə çatdıqda başlanır.
A) 30-40;
B) 60-70;
C) 25-40;
D) 40-50.
Sual 5. Şəkərli növmüxtəlifliyinə aid olan qarğıdalıları adətən konservləşdirmə və qida məqsədi ilə hansı fazada yığmaq lazımdır?
A) Süd yetişmə fazasında;
B) Süd-mum yetişkənlik fazasında;
C) Mum yetişkənlik fazasında;
D) Fizioloji yetişmə fazasında.
Sual 6. Bitkiləri, silosun keyfiyyətini artırmaq məqsədi ilə, neçə santimetr hündürlükdə biçirlər və nə üçün?
A) 10 santimetr, çünki torpaqla yaxın hissədən kəsilməlidir ki, itki olmasın;
B) 20 santimetr hündürlükdə, çünki məhsulun çəkisi bu zaman azalır;
C) 50 santimetr, çünki bitkinin aşağı hissəsi silos üçün yararsızdır;
D) 40 santimetr, çünki silosun şirəsi axmır.