Respublika üzrə şəkər çuğundurunun bir sentnerinin maya dəyəri 2000-ci ildə 2.38 manat, 2010-cu ildə 3.48 manat, 2015-ci ildə isə 1.73 manat olmuşdur. Hаzırdа Nахçıvаn Muхtаr Rеspublikаsındа, Аrаn iqtisаdi rаyоnu, Füzuli bölgəsində və bir qədər də Lənkərаn iqtisаdi rаyоnundа şəkər çuğunduru bеcərilir.
Bütün bunlаrı nəzərə аlаrаq rеspublikа əhаlisinin şəkərə оlаn tələbаtını ödəmək məqsədi ilə «Аzərsun Hоldinq» şirkətlər qrupu rеspublikаnın cənubundа yеrləşən İmişli şəhərində 23 mаrt, 2006-ci ildə Qаfqаzdа ən böyük müаsir şəkər istеhsаl еdən zаvоdu istifаdəyə vеrmişdir (Şəkil 6.8).
Zаvоdun sutkаdа 5 min tоn şəkər çuğunduru, 100 tоn şəkərin еmаl еdilməsi və ildə 300-350 min tоn şəkər istеhsаlı nəzərdə tutulmuşdur.
6.2. Şəkər çuğunduru bitkisinin inkişaf mərhələləri
Şəkər çuğunduru (Beta saccharifera) ikiillik bitkidir.
Şəkər çuğunduru inkişafın birinci ili yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili isə zoğ verərək çiçəkləyir və meyvəsini (yəni toxumunu) verir. Bəzən həyatının birinci ilində çiçək verən bitkilərə də təsadüf edilir. Belə hal, adətən, yarovizasiya və işıq mərhələsini birinci ildə keçirən bitkilərdə rast gəlinir.
Şəkər çuğundurunun yarpaqları kökün üzərində rozet şəklində düzülür. Yarpaq ayası enli, saplaqları isə uzun olur. Hər bitkidə 50-90 ədəd yarpaq əmələ gəlir. Yarpağın ömrü 25-70 gün arasında dəyişir. İlk yarpaqların ayası dəyirmi, sonrakılar isə uzunsov-ürəkvari olur. Bir bitki 3000 m2 (kvadrat metr) yarpaq səthi əmələ gətirə bilər. Bitkinin həyatının ikinci ilində kökümeyvədə əvvəlcə rozet yarpaqlar, sonralar isə yarpaqlı zoğlar əmələ gəlir. Zoğun aşağı hissəsində yarpaqlar iri, yuxarı hissəsində isə xırda olur. Ən keyfiyyətli yarpaqlar orta müddətdə (iyul ayında) əmələ gələnlərdir ki, sürətli böyüməsinə baxmayaraq, 60-70 gün ömür edir. İlk yarpaqlar 20-25 gündən sonra məhv olur. Əsas yarpaqların əmələ gəlməsi və inkişafı bütün kökümeyvəli bitkilərdə eynidir. Lakin quruluşuna görə hətta bir-birinə yaxın olan növlər də kəskin fərqlənir.
Bitkinin yerüstü hissəsinin artması ilə bərabər, kökün inkişafı, onda karbohidratların və başqa maddələrin toplanma prosesi də başlanır. Ehtiyat maddələrin mənimsənilməsi torpağın aşağı qatlarına işləyən xırda kök telləri (yan köklər) vasitəsi ilə gedir. Yanköklər əvvəlcə torpağın üst, sonralar isə dərin qatlarında əmələ gəlir. Bitkinin iki-üç cüt həqiqi yarpaqlar fazasında yan kökcüklər üfüqi istiqamətdə 10-15 sm-ə kimi uzanır. Bu köklər üzərində külli miqdar kök tükcükləri yaranır.