7.2. Temperatur tələbləri
Şəkər çuğunduru mülayim isti iqlim bitkisidir.
Bitkinin yaxşı boy verməsi və inkişafı, şəkər toplanmasından ötrü 18-230C daha əlverişlidir (Şəkil 7.4).
Ancaq buna baxmayaraq, şəkər çuğundurunun boy verməsi çox böyük temperatur aralığında da baş verə bilir.
Əksər tədqiqatçılar hesab edir ki, 80C-dən 300C-ə qədər temperatur yarpaqların intensiv boy verməsi, kökümeyvənin iriləşməsi və onda şəkərin toplanması üçün kifayətdir.
Şəkər çuğundurunun temperatura münasibəti bitkinin yaşından, torpaq-iqlim şəraitindən də asılıdır.
Artıq 2-30C temperaturda toxumun şişməsi və cücərməsi mümkündür.
Nəzərə almaq lazımdır ki, belə aşağı temperatur şəraitində cücərtilərin, özü də zəifləmiş cücərtilərin torpaq səthinə çıxması üçün 45-60 gün tələb olunur.
Əgər toxumun cücərmə temperaturunu 6-80C götürsək, o zaman cücərtilərin torpaq səthinə çıxması üçün cəmisi 10-15 gün tələb olunur.
Тəcrübə göstərir ki, cücərtilərin torpaq səthinə çıxması üçün ən əlverişli şərait 30-350C temperatur sayılır.
Тarla şəraitində yüksək temperatur toxumun cücərmə sürətini yavaşıtmaqla torpağın üst qatının intensiv qurumasına, cücərtilərin kəskin surətdə seyrəlməsinə səbəb olur (Şəkil 7.5).
20-230C temperaturda kökümeyvədə şəkərin toplanması intensivləşir. Digər həyat amillərinin də əlverişli keçdiyi şəraitdə şəkər toplama 250C-dən artıq temperaturda daha yüksək və yaxşı templə gedir.
Kökümeyvənin başcığında məhsul verən tumurcuqların formalaşması üçün 15-230C temperatur optimal sayılır.
Yay səpin müddətində tumurcuqların əsası isti yay günlərində qoyulduğundan onlar yaz tumurcuqlarına nisbətən temperatur təsirlərinə daha dözümlü olur.
Şəkər çuğundurunun anac meyvəkökü üçün 2-30C temperatur saxlanc dövrü üçün daha münasib hesab olunur. Burada yaxşı fasilə olur və temperatur 0,1-60C təşkil edir.
Payızda 2-40C temperatur şəraitində və ya -2, -40C şaxtada şəkər çuğundurunun vegetasiyası dayanır.
Rozet (filqə) yarpaqları fazasında olan toxumluqlar temperaturun mənfi 4, -60C-ə enməsinə dözür.