Çiçək zoğlarının əmələ gəlmə fazasında mənfi 1, -20C şaxta zoğlara və gövdə yarpaqlarına məhvedici təsir göstərir.
Çuğundurun birinci il həyatında vegetasiya müddətinin uzunluğu 50C və yuxarı temperaturlu dövrün uzunluğundan asılı olur.
Əsas çuğundur əkən rayonlarda vegetasiya müddəti 120-130 gündən 180-200 günə qədər çəkir, orta sutkalıq temperatur cəmi isə 1900-dan 25000C-ə kimi çatır.
7.3. İşığa olan tələbat
Şəkər çuğunduru uzun gün tələb edən bitkilər qrupuna aiddir.
Günün uzunluğu artdıqda bitkinin inkişafı sürətlənməklə bərabər yarpaqların artma tempi ciddi surətdə intensivləşir, həmin hal kökümeyvənin böyüməsində və şəkər toplanışında da müşahidə olunur (Şəkil 7.6).
Gündüz çox uzun olduqda və bitki arası kəsilmədən işıqda saxlanıldıqda çuğundurun birinci il vegetasiyasında çiçək verən bitkilərin miqdarı artır.
7.4. Nəmliyə olan tələbatı
Şəkər çuğunduru nisbətən quraqlığa davamlı bitkidir.
Bu bitki nəmlikdən qənaətlə istifadə edir, məhsulun hər bir quru maddə vahidinə 350-450 su vahidi sərf olunur.
Ancaq şəkər çuğundurunun sahə vahidindən sərf etdiyi su miqdarı əksər dənli taxıl bitkilərinin sərfiyyatından 1,5-2 dəfə çoxdur.
Bitkinin inkişafının istənilən dövründə nəmliyin çatışmaması fizioloji prosesləri pozmaqla yarpaq və kökümeyvənin boyvermə tempini aşağı salır.
Тoxumun şişməsi və cücərməyə başlaması üçün şəkər çuğunduru torpağın üst qatında (0-10 santimetr) nəmliyin çox olmasına böyük tələbat göstərir.
Тoxumun şişib cücərməyə başlaması üçün toxum yumaqcığı (meyvə fındıqcıq) öz kütləsinin 150-170 faizi qədər nəmlik hopdurmalıdır.
Şəkər çuğundurunun ikinci ildə (toxumluqlar) suya tələbatı birinci ildəkindən tam fərqlənir.
Тoxumluq çuğundurun boyvermə və inkişafında yerüstü hissə kök sisteminin inkişafından sürətli olub onu xeyli qabaqlayır.