Sübut edilmişir ki, şəkər çuğunduru taxıl bitkilərinə nisbətən torpaqdan 1,0-1,5 dəfə çox azot, 2 dəfə çox fosfor və 3 dəfə çox kalium mənimsəyir.
Müəyyən оlunmuşdur ki, 100 kiloqram minеrаl gübrənin, azot, fosfor, kalium nisbətinin düzgün nisbətdə verilməsi şəkər çuğundurunun məhsuldаrlığını hektarа 600–700 kiloqram аrtırır.
Gübrə norması sələf bitkisindən və torpaqların qida maddələri ilə təmin olunma dərəcəsindən asılı olaraq planlaşdırılır.
9.1.1. Azot
Şəkər çuğundurunun istifadə etdiyi mineral qida elementləri içərisində azotun xüsusi rolu vardır (Şəkil 9.2). Belə ki bu maddə bitki orqanizminin normal həyatı üçün mütləq olan bütün amin turşularının, fosfamidlərin tərkib hissəsi - komponenti sayılır. Hər hektardan 30 ton şəkər çuğunduru alındıqda bu bitki 120-160 kiloqram azot, yəni dənli taxıl bitkilərində olduğundan (3 ton/hektara məhsuldarlıqla) 1,9-2 dəfə çox azot tələb edir. Araşdırmalar göstəririr ki, şəkər çuğundurunun azot qidasının əsasını azot birləşmələrinin ammiak və nitrat formaları təşkil edir. Şəkər çuğunduru bütün vegetasiya boyu azota tələbat göstərməsinə baxmayaraq, vegetasiyanın birinci yarısında azotun çatışmaması bitkinin boyatma və inkişafını çiddi surətdə pozur. Azotun çatışmaması birinci növbədə bitkinin boy verməsini zəiflədir (Şəkil 9.3). Bununla yanaşı, toxum cücərən dövrdə torpaqda azotun həddən artıq olması cücərtilərin sıxıntı çəkməsinə səbəb olur. Xüsusən, bitkinin şəkər toplama fazasında azotun çox olmasına heç vaxt yol vermək olmaz. Bu dövrdə güclü azot qidalanması yeni yarpaqların intensiv surətdə əmələ gəlməsinə səbəb olur və nəticədə əvvəlki fazalarda toplanmış plastik maddələr və şəkər yeni yarpaqlara sərf edilir. Bu halda öz növbəsində kökümeyvədə şəkər faizinin azalmasına təsir göstərir.