Üzvi gübrələr (peyin) sahələrə misal üçün PRT-10(Şəkil 9.21), PRT-16 (Şəkil 9.22), RОU-5 (Şəkil 9.23) markalı gübrəsəpənlərlə səpilir. Mineral gübrələr isə misal üçün 1-RMQ-4 (Şəkil 9.24.), RUM-8 (Şəkil 9.25), KSA-3 (Şəkil 9.26) markalı mərkəzdənqaçma tipli gübrəsəpənlərlə səpilir. Yemləmə gübrələri isə misal üçün USMK-5,4А, USMK-5,4B markalı yemləmə kultivatorları ilə verilir. Maye gübrələrin verilməsi zərurəti yaranarsa, bu kultivatorlarla aqreqatlaşa bilən POU-1 markalı gübrəverəndən istifadə olunur.
Kökdənkənar yemləmədə hektara 20 kiloqram fosfor, 20 kiloqram kalium 50 litr suda həll edilərək çilənir.
Yemləmə gübrəsi peyin şirəsi ilə də aparılır. Bunun üçün cərgələrin başında çala qazılır, peyin şirəsi ilə doldurulur və suvarma suyu ilə axıdılır.
Tоrpаğın elmi əsаslаrlа hаzırlаnmış növbəli əkinlərə düzgün hаzırlаnmаsı, suvаrmаnın düzgün həyаtа kеçirilməsi, şəkər çuğundurunun zərərvеriciləri, хəstəlikləri və аlаq оtlаrınа qаrşı mübаrizə üsullarının düzgün planlaşdırılması minеrаl gübrələrin bitkilər tərəfindən yахşı mənimsənilməsinə şərаit yаrаdır.
9.1.6. Şəkər çuğuduruna gübrə verilməsi dövrləri
Şəkər çuğunduruna gübrələr planlaşdırılmış məhsula görə balans üsulu ilə verilməlidir. Şəkər çuğunduru üçün ən zəruri maddələr azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd və dəmirdir. Bu maddələrdən azot, fosfor və kükürd zülalı maddələrin tərkibinə daxil olur, qalan maddələr isə bitki orqanizmində müxtəlif maddələrin mübadiləsində və hüceyrələrin quruluşunda iştirak edir.
Məlumdur ki, hər bir kimyəvi maddə ayrıca əhəmiyyətə malik olaraq bitkinin böyümə və inkişafına müəyyən təsir göstərir.