9.2. Bitki mühafizəsi tədbirləri
Məhsulun çox hissəsi tarlada və ya yığımdan sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəticəsində məhv olur. Bitki mühafizəsi tədbirləri bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının təmin edilməsinə yönəldilmiş tədbirlər sistemidir.
Kənd təsərrüfatı zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə istiqamətlərindən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir.
Pestisidlər aşağıdakı əsas siniflərə bölünür: