- Bir hektar kartof sahəsinə çəkilən xərci müəyyənləşdirin.
|
-
Torpağın əkinə hazırlanmasına (şumlama, diskləmə, malalama, cərgələrin açılması və s.) çəkilən xərci müəyyənləşdirin.
- Bir hektar üçün kartof toxumuna çəkilən xərci öyrənin.
- Toxumun əkilməsinə çəkilən xərci müəyyənləşdirin.
- Əkildiyi dövrdən məhsul yığılana qədər suvarmanın sayını və hər suvarmaya çəkilən xərci öyrənin.
- Verilən üzvi və mineral gübrələrin miqdarını və çəkilən xərci müəyyən edin.
- Cərgə arasının neçə dəfə becərildiyini (dibin doldurulması və s.) öyrənin və çəkilən xərci müəyyən edin.
- Alaqlara və zərərvericilərə qarşı aparılan mübarizə haqında məlumatı öyrənin və çəkilən xərci müəyyənləşdirin.
- Məhsulun yığılması üçün nəzərdə tutulan anbarın təmizlənməsi, dərmanlanması və s. işlərə çəkilən xərci öyrənin.
- Kartofun torpaqdan qazılması və anbara daşınmasına çəkilən xərci müəyyən edin.
- Bir hektardan toplanan məhsulun neçə ton olduğunu öyrənin.
- Torpağın hazırlanmasından, məhsulun anbara yığılmasına qədər (bir il ərzində) çəkilən ümumi xərci hesablayın.
- Çəkilən ümumi xərci anbara toplanan kartofun ümumi çəkisinə bölüb bir kiloqram kartofun neçəyə (qəpik, manat) başa gəldiyini müəyyən edin.
- Gördüyünüz işlərin dəftərdə ayrı-ayrılıqda qeydiyyatını aparın.
- Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və doğru təsvir edin.
|