Yarpaqlar gövdə üzərində spiral formasında düzülür (Şəkil 2.4).
Kartof yumrularından əsas etibarı ilə 3-5 əsas gövdə əmələ gəlir.
Cərgələr sıxlaşdıqdan sonra yumrular formalaşmağa başlayır və vegetasiyanın sonunda tam yetişkənlik həddinə çatır.
Kartof mürəkkəb çiçək quruluşuna malikdir (Şəkil 2.5).
Ləçəklərin rəngi, əsasən, ağ və qırmızımtıl olur.
Kartof bir qayda olaraq öz-özünə tozlanan bitkilər qrupuna daxildir. Lakin çarpaz tozlanan kartof sortlarına da rast gəlmək olur.
Meyvəciyi ikiyuvalıdır. Bəzi sortları üçyuvalı olmaqla 50-100 ədəd ağ rəngli kiçik toxumdan ibarət olur.
Giləmeyvəsi toxumdur, şar və oval formasında olub yaşıl rəngə çalır. Yetişmiş yumrular xaricdən qabıqla əhatə olunur və bitkinin sort xüsusiyyətindən asılı olaraq ağ (Şəkil 2.6), çəhrayı (Şəkil 2.7), qırmızı (Şəkil 2.8), bənövşəyi (Şəkil 2.9) və sarı (Şəkil 2.10) rənglərdə olur.
Yumrularda olan toxumaların rəngi isə ağ və sarı olur. Yumruların cücərmiş gözcükləri qırmızı və göy-bənövşəyi rəngdə olur.
Yumruların lət hissəsi isə, əsasən, sarı, ağ və krem rəngində olur.
İngilis və Amerikan sortlarının qabığı, adətən, ağ, Holland sortlarınınkı açıq-sarı, Alman sortlarınınkı isə sarı olur.
Son illər dünyada qırmızı kartof sortlarının əkin sahələri genişlənmişdir.
Azərbaycanın təbii iqlim şəraiti və torpaq müxtəlifliyi çoxsaylı kartof sortlarının yetişdirilməsinə imkan verir.