Faraş kartof sortları üçün kökümeyvəlilər, xiyar, soğan, göy tərəvəzlər, bostan bitkiləri də mühüm sələf sayılır.
Xüsusilə, kökümeyvəlilərdən sonra torpaq məhlulunda kartof bitkisi üçün zərərli olan natrium-xlorun miqdarı xeyli azaldığından belə torpaqlar kartof yetişdirilməsi üçün əlverişli hesab edilir.
2.4. Növbəli əkin sxemləri və əkinin optimallaşdırılması
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əməkdaşları (Z. Əmirov, V. Abdullayev) toxumluq kartof əkinləri üçün aşağıdakı növbəli əkin sxemlərini tövsiyə edirlər:
1. Üç tarlalı:
a) Kartof;
b) Qarğıdalı-kökümeyvəlilər;
c) Paxlalılar.
2. Dörd tarlalı:
a) Payızlıqlar;
b) Kartof;
c) Yazlıq dənli bitkilər;
d) Yonca.
3. Beş tarlalı:
a) Payızlıqlar;
b) Kartof;
c) Kökümeyvəlilər;
d) Çölnoxudu;
e) Yulaf.
Orta Avropa ölkələrində kartofçuluqda tətbiq edilən növbəli əkin sxemləri aşağıdakı kimidir:
1. 17 faiz kartofla növbələşmə: