2. 20 faiz kartofla növbələşmə:
- Kartof-payızlıq buğda-üçyarpaq yonca-qarışıq ot-üçyarpaq yonca-qarışıq ot-payızlıq buğda;
- Kartof-payızlıq buğda-payızlıq çovdar-üçyarpaq yonca-qarışıq ot-üçyarpaq yonca-qarışıq ot;
- Kartof-payızlıq buğda-payızlıq arpa-üçyarpaq yonca-qarışıq ot-payızlıq buğda.
3. 25 faiz kartofla növbələşmə:
- Kartof-payızlıq çovdar-silosluq qarğıdalı-yazlıq arpa;
- Kartof-yazlıq arpa-üçyarpaq yonca-qarışıq ot-üçyarpaq yonca-qarışıq ot.
4. Suvarma şəraitində kartofla növbələşmə:
- Kartof-payızlıq buğda-çoxbiçilən rayqras-çoxbiçilən rayqras;
- Kartof-payızlıq arpa-üçyarpaq yonca-payızlıq buğda.
5. Kartof və yonca növbəli əkini:
- Kartof-yazlıq arpa-silosluq qarğıdalı-payızlıq buğda-şəkər çuğunduru-yazlıq arpa-yonca-yonca-yonca-payızlıq buğda;
- Kartofu quşüzümü fəsiləsindən olan bitkilərdən (pomidor, badımcan, bibər, fizalis, tütün) sonra əkmək olmaz;
- Faraş kartof əkini üçün yer seçdikdə ondan əvvəlki bitkilərin altına verilmiş kimyəvi preparatların, xüsusilə, pestisidlərin növü və miqdarı mütləq müəyyənləşdirilməlidir;
- Əgər sələf bitkisi altına ərzaq və toxumluq kartof əkinlərində istifadəsi nəzərdə tutulmayan kimyəvi preparatlar verilibsə, belə sahələr kartof əkini üçün yararsız sayılır.
Şəkil 2.15. Torpağın kartof əkini üçün
hazırlanması.
2.5. Torpağın əkin üçün hazırlanması
Torpağın əkin üçün hazırlanmasında əsas məqsəd əkin qatının yumşaldılmasından, su, hava, qida rejiminin normal vəziyyətə gətirilməsindən, üzvi, qeyri-üzvi birləşmələrin torpağa eyni bərabərdə yayılmasından, əkindən əvvəl bitki qalıqlarının sahədən təmizlənməsindən və sahənin hamar vəziyyətə gətirilməsindən ibarətdir (Şəkil 2.15).