Bu zaman torpaqda nəmlik ehtiyatı qorunub saxlanılır, əkin qatı həddindən artıq bərkimir və nəticədə əlavə xərclər azalır.
Əkinqabağı torpağın hazırlanmasında başlıca məqsəd onu dənəvər hala gətirməkdən, su, hava rejimini, strukturunu yaxşılaşdırmaqdan və beləliklə, növbəti becərmə işləri üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
2.5.2. Torpaqqoruyucu tədbirlər
İlk növbədə, eroziyaya daha tez məruz qalan sahələrdə, xüsusilə, dağ yamaclarında şumlama, yumşaltma, malalama işləri minimuma endirilməlidir.
Bu yerlərdə kartof əkini üçün şum, əsasən, erkən yazda aparılmalıdır.
Əkin üçün nəzərdə tutulmuş sahədə aralıq, küləyə davamlı, hündürboylu qoruyucu bitkilər əkilməli, suvarma qaydalarına ciddi riayət edilməlidir.
Terraslarda kartof yetişdirilməsi də bu cür tədbirlərdən sayılır.
Bəzi hallarda payız və yaz aylarında, hətta şum aparmadan münbit torpaqlarda yalnız yazda torpağı yumşaltmaqla və sadəcə cərgələr açmaqla kartofun birbaşa əkini üsulundan da istifadə olunur.
Əkin adi kartofbasdıran aqreqatlarla və yaxud primitiv qaydada əllə həyata keçirilir.
Eroziyadan, küləyin istiqamətindən asılı olaraq cərgələr açılmalı və toxumlar basdırılmalıdır.
Sərbəst iş üçün tapşırıqlar