Yumruların çəkisi (qram) |
Cərgədə yumrular arasındakı məsafə (santimetr) |
Məhsuldarlıq (sentner/hektara) |
Bir bitkidə olan yumruların sayı (ədəd) |
40 | 20 | 13 | 9,7 |
80 | 40 | 398 | 17 |
120 | 60 | 424 | 24,2 |
Cədvəl 3.1. Toxumluq yumruların çəkisinin və cərgədə yumrular arasındakı məsafənin kartofun
məhsuldarlığına təsiri
Kartof əkini keçirərkən çalışmaq lazımdır ki, keyfiyyətli əkin materiallarından istifadə etməklə normal çıxış əldə etmək mümkün olsun və seyrəkliyə yol verilməsin (Cədvəl 3.2).
Yumruların ölçüsü (millimetr) |
Çəkisi (qram) |
Ərzaqlıq | Toxumluq | ||
Hektarda olan bitkilərin sayı (min ədəd) |
Əkin norması (ton/hektara) |
Hektarda olan bitkilərin sayı (min ədəd) |
Əkin norması (ton/hektara) |
||
30-45 | 40-45 | 48-50 | 2,1-2,5 | 55-60 | 2,4-2,7 |
30-55 | 60-65 | 42-45 | 2,6-3,0 | 48-52 | 2,9-3,2 |
45-55 | 80-85 | 38-40 | 3,1 - 3, | 42 - 46 | 3,5 - 4,0 |
Cədvəl 3.2. Kartof yumrularının ölçüsündən və çəkisindən asılı olaraq 1 hektara sərf olunan toxum norması
3.3. Səpindən öncə toxumun hazırlanması
Başqa bitkilərə nisbətən kartofun məhsuldarlığı əkin materialının keyfiyyətindən çox asılıdır. Səpin üçün götürülən kartof yumruları toxumluq sahədə yüksək aqrotexniki qaydada becərilmiş olmalıdır ki, yüksək məhsuldarlıq əldə etmək mümkün olsun.
3.3.1. Yumruların əkinqabağı cücərdilməsi
Toxumluq kartof yumruları soyuducu anbarlarda (2-4oC) temperatur şəraitində (Şəkil 3.16), kisələrdə, konteynerlərdə və yaxud açıq tökmə üsulu ilə münasib şəraitdə saxlanılmalıdır (Şəkil 3.17).
Əkinə 1 ay qalmış yumruların saxlandığı yerin temperaturu 4-12 dərəcə həddində nizamlanmalıdır ki, əkin vaxtı gözcüklərdən daha tez cücərtilər alınsın.
Əkinə 1 həftə qalmış saxlanma yerində müsbət 20 dərəcəyə yaxın temperatur şəraiti yaradılır və təkrarən soyudularaq 1 həftədən sonra yumrular torpağa basdırılır.
Bütün hallarda kartofun cücərdilmiş yumrularla əkini daha sərfəlidir.