Preparatın adı |
1 ton toxuma sərfiyyat norması, kiloqram, litr/hektar |
Cəmi sərfiyyat norması kiloqram/hektar* |
Ditan 80 faiz M-45 (islanan toz) | 2,0 | 5 |
Monoseren (toz) | 2,0 | 5 |
Monoseren (maye) | 0,6 Litr | 1,5 |
Kolfuqo super | 0,6 lit | 1,5 |
Qambit (maye) | 0,125 Litr | 0,3 |
Rizoleks (maye) | 0, litr | 1,5 |
Tekto (qatılaşdırılmış suspenziya) |
0,09 Litr 0,09-120 Litr |
0,2 0,3 |
Antrokol (islanan toz) | 2,0 | 5,0 |
Qauço 70 faiz | 0,125 litr | 0,3 |
Aqat 25K | 0,135 Litr | 0,33 |
Maksim | 0,2 Litr | 0,52 |
Fenoram | 2 0 | 5,0 |
Fitos orin | 0,2 Litr | 0,52 |
Fundazol | 1,0 | 2,5 |
Cədvəl 3.4. Kartof toxumlarının göbələk və bakterial xəstəliklərə qarşı əkinqabağı tətbiq olunan
funqisidlər.
Qeyd:
Kartofun 1 hektara əkin norması 2,5 ton miqdarında nəzərdə tutulmuşdur.
3.3.3. Əkinqabağı yumruların kəsilməsi
Adətən, kəsilmiş toxumluq kartof yumruları adi yumrulara nisbətən daha tez cücərti verir və bu zaman çoxlu gözcüklər əmələ gətirir.
Lakin bir sıra Avropa ölkələrində, o cümlədən, Hollandiyada bu üsula əhəmiyyət verilmir.
Bu üsulun çatışmayan cəhəti ondan ibarətdir ki, diametri 55 millimetrdən aşağı olmamaq şərti ilə kəsilmiş kartof yumrularının bir hissəsi xarab olur, mikroorqanizmlərlə asanlıqla sirayətlənir və kəsici alətlərlə yumruları kəsdikdə virusla yoluxma ehtimalı artır.
Bu məqsədlə kəsici alətlərlə işlədikdən sonra onlar hər dəfə formalin məhlulu ilə (1:200 nisbətdə su ilə) zərərsizləşdirilməlidir ki, virus və yaxud bakteriyalar sağlam yumruya keçməsin.
İki hissəyə kəsilmiş kartof yumruları yüksək nəmlik şəraitində öz keyfiyyətini daha tez itirir.