5.3.1. Xam pambığın saxlanması
Lifin keyfiyyətinə təsir edən əsas amillərdən biri yığılmış xam pambığın düzgün qurudulması və saxlanılmasıdır. Pambıq yığıldıqdan sonra müəyyən yerlərdə, açıq meydançalarda və ya üstüörtülü binalarda qurudulur.
Pambıq qurudulmadan nəm halda saxlandıqda aşağıdakı çatışmazlıqlar baş verir:
Xam pambıq anbarlara vurulmadan öncə müəyyən nəmlik faizinə qədər qurudulur. Xam pambıq onun çiyidinin nəmliyi 10 faizə düşənə qədər qurudulur. Adi qaydada xam pambıq 10 santimetr qalınlıqda sərilir və ya yaba ilə tez-tez çevrilərək qurudulur.
Yağışlı havada toplanmış pambıq çox nəm olduğundan xüsusi qurutma qurğuları ilə təchiz olunmuş binalarda qurudulur. Burada temperatur 60-80 dərəcə Selsi arasında saxlanılır. Bundan yüksək temperaturda pambıq qovrulur və hətta yana da bilir.
Nəmliyi yüksək olan toxumluq pambıq yalnız günəş altında qurudulur. Çünki toxumluq pambıq 60 dərəcə Selsidə və ya yuxarı temperaturda qurudulduqda çiyid cücərmə qabiliyyətini itirir və səpin üçün yararsız olur. Pambıq qurudulduğu zaman yararsız, xəstəlik və zərərverici ilə zədələnmiş liflər kənarlaşdırılır.
Xam pambığın emala qədər keyfiyyətli saxlanılması üçün aşağıdakı məsələlərə diqqət yetirilməlidir: