Nəzəri biliklərin
qiymətləndirilməsi
Test 8
Sual 1. Elektrik maşını ilə bir qoyunun qırxılmasına orta hesabla neçə dəqiqə sərf olunur?
A) 2-3 dəqiqə
B) 5 dəqiqə
C) 5-8 dəqiqə
D) 10-13 dəqiqə
Sual 2. Qış aylarında yunda rastlanan çatışmazlıqlar nələrdir?
A) Qaba yun əmələ gəlir.
B) Cır və zəif yun əmələ gəlir.
C) Yunun yağlılığı azalır.
D) Heç biri düzgün deyil.
Sual 3. Yunun keyfiyyətinin yaxşılaşdırılmasına göstərilən sanitargigiyenik tələblər hansılardır?
A) Heyvanın zəngin otlaqda saxlanması
B) Tövlənin təmizlənməsi və havasının
dəyişdirilməsi
C) Quru ot, qaba və qüvvəli yemin
verilməsi
D) Yemlərin sortlaşdırılması və satışı
Sual 4. Heyvanın doğum bölməsi balaverməyə neçə gün qalmış təmizlənməlidir?
A) 7-9 gün qalmış
B) 12-13 gün qalmış
C) 15-18 gün qalmış
D) 20-30 gün qalmış
Sual 5. Normalda doğulduqdan neçə saat sonra quzuya ağız südü içirilməlidir?
A) 0,5 saat sonra
B) 1 saat sonra
C) 1,5 saat sonra
D) Heç biri
Sual 6. Qoyunların yayda optimal otarılma müddəti neçə saat təşkil edir?
A) 5-6 saat
B) 7-9 saat
C) 9-10 saat
D) 12-14 saat
Sual 7. Qoyunların payızda normal otarılma müddəti neçə saat təşkil edir?
A) 3-4 saat
B) 5-6 saat
C) 8-9 saat
D) 10-11 saat
Sual 8. Qoyunların dırnağı normada ildə neçə dəfə kəsilməlidir?
A) 5 dəfə
B) 3 dəfə
C) 2 dəfə
D) 1 dəfə
Sual 9. Tövlənin gigiyenası dedikdə nə başa düşülür?
A) Yem axurlarının təmizliyi
B) Döşəmənin təmizliyi
C) Gəzinti yerlərinin təmizliyi
D) Tövlənin bütün təchizat sisteminin
təmizliyi
Sual 10. Otlağa qulluq dedikdə nə başa düşülür?
A) Otlağın suvarılması
B) Otlağın becərilməsi
C) Otlağın ildə iki dəfə biçilməsi
D) Təmizləmə, gübrələnmə və düzgün
otarma