Əl üsulu ilə cütləşdirmə zamanı sınaqçı qoçları sürüyə buraxır, bundan sonra isə həvəsdə olan qoyunu xüsusi dəzgahda cütləşdirirlər. Belə cütləşmədə 80-100 ana qoyuna bir qoç saxlanılır.
Süni mayalanma ən qiymətli törədicidən geniş istifadə etməyə imkan verir.
Cütləşmənin həm də döl kampaniyasının keçirilmə vaxtının böyük praktiki əhəmiyyəti var. Məlumdur ki, qışda, yaxud da yazda qoyunçuluq təsərrüfatlarında döl alırlar. Qışda döl almaq üçün cütləşməni sentyabr, oktyabrda aparırlar. Yanvar-fevral aylarında doğulan quzular otlaqlara çıxana yaxın artıq otu yaxşı həzm edə bilirlər. Onlar daha yaxşı inkişaf edirlər. Və yazda doğulan quzulara nisbətən çox yun və ət verirlər. Lakin qış dölünün təşkili isti binalar və çoxlu miqdarda keyfiyyətli yem tələb edir ki, bunlar da quzularla birlikdə analar üçün də normal şəraitin yaradılması zərurətindən irəli gəlir. Bu cür şərait olmadıqda dölü yazda alırlar. Yazda doğulmuş quzular otlaq yemini hələ yaxşı həzm edə bilmir, yayın ortasında isə otlaqlarda ot quruyur, kobudlaşır və onun qidalılığı azalır. Buna görə də təcrübəli fermerlər qoyunçuluqda yalnız qış dölünün təşkilinə üstünlük verirlər.
Yalnız seçilmiş heyvanların cütləşməsinin nəticəsinə görə əldə olunan yeni cinsin nəzərdə tutulmuş məhsuldarlıq istiqamətinə onların valideynlərinə nisbətən bir addım yaxın olmasını müşahidə etmək olar. Yetişdirmənin görünən müvəffəqiyyəti təyin olunmuş bir əlamət kimi seleksiyanın intensivliyindən və irsilik dərəcəsindən asılıdır. İrsilik göstəricisi hər iki heyvanın məhsuldarlığı arasında cütləşmə nəticəsində irsiyyətlə bağlı fərqin potensial payı haqqında məlumat verir. Əgər iki seçilmiş qoç birbirindən gündəlik çəki artımında 200 qram fərqlənirsə, bu zaman təmiz yetişdirmə zamanı 60 % irsiliklə bu fərq 120 qrama düşəcək. İrsilik nə qədər yüksək olarsa, ətraf mühitin təsiri ilə məhsuldarlıq əlamətində dəyişiklik də o qədər az olar. Oxşar cinslərin dəfələrlə cütləşməsi və yetişdirilməsi nəticə etibarilə müvəffəqiyyətin azalmasına səbəb olur. Bəzən başqa bir heyvandakı əlamətlər ümumi nəticəyə mənfi təsir edə bilər.
9.2 Məhsuldarlığın qiymətləndirilməsi
Qoyunların yetişdirilmə işinin həyata keçirilməsində əsas şərt seçilmiş heyvanların məhsuldarlıq qabiliyyətinin yoxlanılmasıdır. Cütləşmədə iştirak edən erkək və dişi qoyunun məhsuldarlıq qabiliyyəti məlum deyilsə, bu zaman onlardan yaranan dölün məhsuldarlıq dərəcəsi şansdan asılı olur. Bunun üçün də yetişdirmə aparıldıqda heyvanların məhsuldarlığa görə sinifləşdirilməsi və əvvəlki əcdadlarının məhsuldarlığını bilmək əhəmiyyətlidir. Bunun üçün seçilmiş heyvanlar haqqında məlumat kitabı olmalıdır və sürünün idarə edilməsi kitabının bazası əsasında heyvanların qiymətləndirilməsi aparılır. Sürünün tərkibinin məhsuldarlığından bəhs edən kitab əsasında heyvanların seçilməsi və mayalanması prosesi getməlidir. Lakin Azərbaycanda kiçik fermer təsərrüfatlarında və həmçinin iri qoyunçuluq təsərrüfatlarında qoyunların cütləşməsi təbii olaraq aparılır və seçilmə prosesinə çox az diqqət yetirilir. Balavermə qabiliyyətinin yüksək olması ilə balavermə zamanı sürüdəki qoyunlardan, əkiz quzuların alınması da mümkündür ki, bu da sürünün tərkibinin yüksək məhsuldar təmiz cinslərlə saflaşması və təsərrüfatın gəliri üçün əhəmiyyətlidir. Südlük istiqamətdə yetişdirmə zamanı bununla yanaşı, südün miqdarı və tərkib hissəsi də verilir.