Quzuları 3,4,5 aylıqda süddən ayırır, sonra cavanlar üçün ən yaxşı otlaqları təşkil edirlər.
9.6 Mayalanmanın əhəmiyyəti
Sərbəst (azad) cütləşmə üsulu
Hazırda bu üsuldan az istifadə olunur. Bu üsulda erkək heyvan dişi heyvanla bir yerdə (sürüdə) saxlanılır. Hövrə gələn heyvan olduqda onunla cütləşir. Bu üsulun bir sıra nöqsanları var. Belə ki, bu üsulla cütləşmə apardıqda erkəklərdən səmərəli istifadə edilmir, seleksiya işləri çətinləşir.
Siniflərlə cütləşdirmə üsulu
Bu üsulda qoyunların sinifləri nəzərə alınaraq xüsusi sürülər təşkil edilir və bu siniflərə uyğun olaraq münasib qoçlar seçilib, həmin sürülərə buraxılır.
Hərəmə cütləşdirmə üsulu
Həvəsdə olan qoyunlardan bir sürü təşkil edərək həmin sürüyə qoçlar qatırlar, bu qoçlar həvəsdə olan qoyunları sürərək mayalayır. Hazırda süni mayalanma olan yerdə bu üsuldan az istifadə olunur. Lakin süni mayalanmadan istifadə etmədikdə 100 baş qoyuna 1-2 baş qoç qatılır. Onlar həvəsdə olan qoyunları tapır və mayalayır. Yeni cins qoyunçuluq təsərrüfatlarında sınaqçı qoçlardan istifadə edirlər.
9.7 Axtalama
Ətlik istiqamətli erkək quzuları saxlayarkən ətin keyfiyyətinin yaxşı olması və dadının başqa cür olmaması üçün onlar axtalanır. Axtalanma prosesi baytar həkiminin iştirakı və yaxud axtalanmanı aparan mütəxəssis tərəfindən gigiyenik normalara riayət edilməklə təmiz şəraitdə aparılır.
Süni yaradılmış qısırlıq
Təsərrüfatın istiqamətindən və planlaşdırmadan asılı olaraq, bəzən bir qrup dişi heyvan çoxalma sırasından çıxarılır. Bunlarda cütləşməyə və boğazlığa yol verilmir ki, bu da süni yaradılmış qısırlıq hesab edilir, dişi heyvanlar axtalanır. Bir qrup dişi heyvanda cərrahiyyə əməliyyatları (ovarioektomiya-yumurtalıq yollarının rezeksiyası və s. vasitəsi ilə axtalama) aparılır və bununla da çoxalma sırasından çıxarılır.