Nəzəri biliklərin
qiymətləndirilməsi
Test 9
Sual 1. Qoyunlar cinsi yetişkənliyə neçə ayda çatır?
A) 8-9 ayda
B) 10-12 ayda
C) 11-13 ayda
D) 14-15 ayda
Sual 2. Heyvanın ilk cütləşməsinin aparılması üçün hansı vaxt məsləhətdir?
A) 8-9 aylıqda
B) 9-10 aylıqda
C) 12-18 aylıqda
D) Heç biri
Sual 3. Qoyunların cinsiyyət tsikli nə qədər davam edir?
A) 10 gün
B) 13 gün
C) 17 gün
D) 22 gün
Sual 4. Qoyunların həvəsə gəlməsi nə qədər davam edir?
A) 24 saat
B) 48 saat
C) 36 saat
D) 52 saat
Sual 5. Qoyunların boğazlıq müddəti neçə gündür?
A) 110-123 gün
B) 144-148 gün
C) 150-175 gün
D) Heç biri
Sual 6. Təbii cütləşmədə neçə qoyuna bir qoç nəzərdə tutulur?
A) 20-25 qoyuna
B) 28-30 qoyuna
C) 32-38 qoyuna
D) 40-48 qoyuna
Sual 7. Əl üsulu ilə cütləşdirmə üçün neçə qoyuna bir qoç nəzərdə tutulur?
A) 60-65
B) 66-72
C) 80-100
D) 150-200
Sual 8. Təmiz cinsin yetişdirilməsi anlayışı nə deməkdir?
A) Müxtəlif cinslər üzrə damazlıq seçimi
B) Qoyunların seçilməsi
C) Bir cins üzrə damazlıq seçimi
D) Qoyunların istiqamətinin müəyyən
edilməsi
Sual 9. Normalda balavermədən neçə saat sonra son düşür?
A) 1,5-2 saat
B) 3-4 saat
C) 3-4,5 saat
D) 7-8 saat
Sual 10. Adətən qoyunun balaverməsi neçə saat davam edir?
A) 30-50 dəqiqə
B) 1,5 saat
C) 2 saat
D) 4,2 saat