11.1 Yunun sortlaşdırılması
Qoyunlar onlardan alınan məhsullara və məhsulların xarakterinə görə 8-qrupa ayrılırlar:
Zərifyunlu cinslər – alınan məhsulun xarakterinə görə bunlar üç qrupa bölünür:
1. Yunluq qrupuna sovet merinosu, Stavropol, Azərbaycan dağ merinosu və s. qoyun cinsləri aid edilir. Bu qrupa 1kq diri çəkiyə 50-60 qram təmiz yun düşür.
Azərbaycan dağ merinosu – Azərbaycan Respublikasının Gədəbəy və Şəmkir rayonlarının təsərrüfatlarında professor F.A.Məlikov, M.Q.Sadıqov və başqalarının iştirakı ilə 1947-ci ildə yaradılmışdır. Bunun üçün bura köçüb gəlmiş insanların gətirdikləri yerli, az məhsuldar zərifyunlu merinoslar Askaniya cinsi ilə çarpazlaşdırılmış və uzun illər seçmətaylaşdırılma aparılmaqla dağ şəraitinə yaxşı uyğunlaşan bu cins yaradılmışdır. Ana qoyunlardan 4-5 kq, qoçlardan 8-10 kq-dan çox zərif merinos yunu alınır.