Təlim nəticəsi 1. Qoyunçuluğun təsərrüfat üçün iqtisadi
əhəmiyyəti
Azərbaycanda mövcud olan qoyun cinsləri tərkib etibarilə müxtəlifdir. Ölkəmizdə yerli qoyun cinsləri ilə yanaşı, müxtəlif cinslərin mələzləri də yetişdirilir.
Hazırda ölkəmizdə 8,7 milyon baş qoyun və keçi var. İldə 70 min tondan artıq qoyun əti və 17 min ton yun istehsal olunur. 2014-cü ildə hər baş qoyundan orta hesabla 2,0 kq yun qırxılmışdır.
Qoyunçuluq digər heyvandarlıq sahələrinə nisbətən gəlirli sahə hesab edilir. Belə ki, qoyunlara zootexniki qaydada qulluq olunarsa, qoyunlar sürətlə artıb çoxalar, bəzi cinslər bir ildə iki dəfə balalayar. 100 baş qoyundan 120-140 quzu almaq olar. Kənd təsərrüfatı heyvanları içərisində qoyun xüsusi yer tutur. Çünki qoyundan müxtəlif çeşidli və qiymətli məhsullar (yun, ət, süd, xəz dəri və s.) əldə edilir. Buna görə də onu, hətta universal növ hesab etmək olar. Lakin qoyunun əsas məhsulu onun ətidir. Yerli əhalinin qoyun ətini başqa növ ətlərdən üstün tutması ilə əlaqədar olaraq, qoyunun ət məhsuldarlığı böyük əhəmiyyət kəsb edir və onun istehsalının artırılması lazım gəlir. Qoyunçuluqda baş sayını artırmaq üçün qısırlığı ləğv etmək, ətlik, südlük və yunluq qoyun cinsləri yetişdirmək lazımdır.
Qoyunun erkəyi qoç adlanır. Qoç ağırlıq etibarilə demək olar ki, qoyunlardan 1,5 dəfə ağırdır. Qoçlar iki cüt buynuza malik olmalarına baxmayaraq, qoyunların yalnız bəzilərində buynuz var. Qoyunların boğazlıq dövrləri təxmini olaraq 5-11 ay arasında dəyişir.
Qoyunlar ildə bir və ya iki dəfə bala verir və bu proses quzulama prosesi adlanır. Qoyunlar hər doğumda bir, əkiz və ya triplet bala doğurlar.
Normal bir qoyundan təxminən 25 kq ət almaq olar. Qoçda isə ət çıxımı təxminən 1,5 dəfə daha çoxdur. Canlı qoyunun ağırlığı təxminən 50 kq, qoçların ağırlığı isə 70-75 kq-dır.
Ives növü qoyunların illik süd məhsuldarlığı 120-150 litr arasındadır və süd məhsuldarlığı yüksək qoyun növüdür.