1.1 Qoyun əti
Qoyunçuluqda gəlirin böyük hissəsi qoyun ətinin satışından əldə olunur (südlük qoyunçuluq təsərrüfatları və damazlıq təsərrüfatları istisna olmaqla). Quzu əti istehlakçıların arzu etdikləri yüksək keyfiyyətli ətdir, tərkibində az miqdarda yağ mövcuddur və qoyun ətindən daha dadlıdır. Yüksək keyfiyyətli quzu 3-5 aylıq olmaqla, formalaşmış əzələ sisteminə və çox az miqdarda piy örtüyünə malik olmalıdır.
Qoyun ətinin tərkibi və xassələri
Qoyun ətinin dəyərliliyi onun tərkibindəki əzələ və piy toxumasının nisbəti ilə əlaqədardır. Qoyun əti tərkibindəki yumşaq əzələ və zülala görə mal ətindən geri qalsa da, piyin miqdarına və kalorililiyinə görə ondan üstündür. Ətin tərkibindəki zülalın miqdarına görə qoyun əti mal ətinə yaxın, donuz ətindən isə üstündür.
Qarabağ və Qaradolaq qoyunlarının ətinin başqa növ ətdən fərqi ondan ibarətdir ki, qoyun ətinin piyinin tərkibində xolesterin, yağ turşusu az olur.
Qoyun ətinin qiymətləndirilməsi
Qoyun əti kəsimdən qabaqkı çəkisinə, cəmdəyin və daxili piyin çəkisinə, kəsim çəkisinə, kəsim çıxarına, cəmdəkdə ətin sümüyə nisbətinə, həmçinin əzələ və piy toxumasına, köklük dərəcəsinə, cəmdəyin morfoloji və növ tərkibinə, ətin qidalılıq dəyərinə, keyfiyyətinə və s. göstəricilərə görə qiymətləndirilir.
Ətin rəngi onun tərkibindəki mioqlobinlə xarakterizə olunur. Bu isə cinsdən, cinsiyyətdən, yaş, yemləmə və bəsləmə şəraitindən asılıdır. Yaşlı qoyunun ətinin rəngi tünd olur. Zəif yemləndikdə isə ətin rəngi ağımsov olur.
1 kq çəki artımına qoyunlarda 6-14 yem vahidi sərf edilir. Qoyunlar nə qədər erkən yaşda (6-8 aylıqda) kökəldilməyə qoyularsa, o zaman 1kq diri çəki artımına az yem (6-7 yem vahidi) vahidi sərf etməklə yüksək keyfiyyətli qoyun əti əldə etmək mümkündür.
1.1.1 Kəsim
Qoyunların kəsimində ən vacib addım heyvanlarla
düzgün davranmaqdır.