Gigiyena tədbirləri və heyvanın sağlamlığına ciddi nəzarət olduqca vacibdir. Ətin müayinəsi qanununa görə heyvanlar kəsimdən öncə və kəsimdən sonra baytar həkimi müayinəsindən keçməlidir.
Kəsimin düzgün gedişatını təmin etmək üçün kəsim aidiyyəti alətlərlə, təhsilli və təcrübəli şəxs tərəfindən aparılmalıdır. Sənaye müəssisələrində heyvanlar kəsimdən əvvəl keyləşdirilir və daha sonra uyğun kəsim qurğusu ilə kəsilir.
Keyləşdirmə zamanı heyvan kəsimdə heç bir ağrı hiss etmir. Qoyunun başı kəsildikdən sonra heyvan ölür və qan tam axıb qurtardıqdan sonra dərinin soyulması, ətin hissələrə ayrılması və digər işlər davam etdirilir.
1.1.2 Klassifikasiya
Qoyun ətinin satışı və qiymətləndirilməsində
ətin keyfiyyətinə, piylənmə səviyyəsinə, rənginə,
qoxusuna və s. diqqət yetirilir. Əsas da dünya
bazarında bunun üçün xüsusi standartlar var ki, bu
standartlara görə ətin qiyməti müəyyənləşdirilir.
Qoyunun cəmdəyi kəsimdən sonra tərəzidə çəkilir və
sinifləşdirilir. Bununla yanaşı, cəmdəyin
keyfiyyətə görə qiymətləndirilməsi (1-5 ballıq şkala)
ətin və piylənmənin xüsusiyyətlərinə görə aparılır.
Burada, əsasən, əzələlərin formalaşması, ət-sümük nisbəti və digər meyarlara görə şərti qiymətləndirilmə aparılır.
Yağlılığa görə nəticələr cəmdəkdəki piy təbəqəsinin qalınlığına və döş qəfəsi boşluğundakı piyin qalınlığına görə əldə olunur. Həmçinin ətdəki əzələlərarası piylənmə səviyyəsi də qiymətləndirmə zamanı nəzərə alınır.
Nəticədə, ət qiymətləndirilir və ətin dəyəri müəyyən olunur.
1.2 Yun
Qoyun yunundan sənayedə müxtəlif geyimlərin istehsalında və xalçaçılıqda istifadə edilir. Yundan izolyasiya vasitəsi kimi bioloji tikintidə istifadə edilir və buna tələbat getdikcə artır. Hal-hazırda təbii yerli qoyun yunu sintetik liflər, toxuculuq lifləri, pambıq, eləcə də xaricdən idxal olunmuş yun məhsulları tərəfindən artıq dərəcədə sıxışdırılır.