|
|
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Qoyunların yun çıxımını
qiymətləndirin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə yunu əlinizlə yoxlayın.
- Qarın hissənin yununun təmizliyini yoxlayın.
- Yunun rəngini və çirkli olub-olmamasını
qeydiyyat dəftərinizə qeyd edin.
- Yunun ölçüsünü təyin edin, bunun üçün işçilərin
köməyini də istəyə bilərsiniz.
- Yunun zərif, yaxud qaba olmasını müşahidə yolu
ilə və əlinizlə təyin edin.
|
Qoyun xəzinin keyfiyyətini
qiymətləndirin.
|
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Xəzin iyi hələ də sərtdirmi?
- Xəzin rəngi tutqun, yoxsa açıqdır?
- Dərinin saxlanması üçün hava keçirici
torbalardan istifadə edilirmi?
- Xəzin yununun təmizliyinə və çirkli olmamasına
nəzarət edin və sualınız olduqda təcrübə
rəhbərinə, yaxud işçiyə müraciət edin.
|
Ətin çıxımına və keyfiyyətinə
nəzarət edin. |
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına riayət edin.
- Ətin rəngini müşahidə üsulu ilə də qiymətləndirə
bilərsiniz. Əsasən, cavan heyvanın ətinin rəngi
açıq olur.
- Ətin təzəliyini əlinizlə yoxlaya bilərsiniz, ət
yapışqanlı deyil ki?
- Ətin yağlılığı və quruluşunu qeyd edin. Əsasən,
düzgün rasiona görə yemlənmiş heyvanların
yağlılığı az, ət verimi isə çox olur. Bunu canlı
kütləyə baxdıqda bədən quruluşuna görə də təyin
etmək olar.
- Bütün bu prosesdə çətinlik olduqda təcrübə
rəhbərindən, yaxud aidiyyəti işçidən kömək istəyə
bilərsiniz.
|
|
|