Qoyunların uzunmüddətli sığınacaqlarda saxlanması üçün 50-70 kq çəkidə qoyunlar üçün açıq havada 0,5 m2, 70-90 kq-lıq qoyunlar üçün 0,6 m2, 90 kq-lıq qoyunlar üçün 0,75 m2 yer tələb olunur. Yanı balalı 90 kq-a qədər olan qoyunlar üçün 0,75 m2 və daha ağıq çəkidə qoyunlar üçün 0,9 m2 yatma yerdi olmalıdır.
Heyvanların üşüməmələri və donmamaları üçün təmiz quru yatma yerləri olmalıdır. Xüsusilə tövlədə heyvanların yatma yerlərinə saman yaxud kəpək səpilməlidir.
Çox vaxt açıq şəkildə saxlanan, örüşə gedən qoyunların dırnaqlarının təbii aşınması dırnaqların normadan artıq uzanmasının qarşısını ala bilmir. Bu zaman həmin dırnaqlar çox uzanmamış kəsilməlidir. Ona görə də dırnaqların sağlamlığını müntəzəm olaraq yoxlamaq lazımdır. Heyvanlar ot yeyərkən dizlərini bükürsə, deməli, bu, dırnaq probleminin olduğunun göstəricisidir.
2.1.5 Qrup şəklində saxlama
Örüşdə saxlamanın bu formasında qoyunlar hasara alınmış sahədə saxlanır. Burada örüş sahəsinin, yaxud qrupun həcmi elə hesablanmalıdır ki, həmin sahənin otu bir həftə heyvanlara kifayət etsin. Eyni örüş sahəsində heyvanların uzun müddət saxlanması parazitlərə yoluxma təhlükəsi, yaxud otlaq sahəsinin bitkisizləşməsinə gətirib çıxardığı üçün tövsiyə edilmir. Heyvanların sayı və otlama müddəti elə nəzərdə tutulmalıdır ki, bu, otlaq sahəsinə çox ziyan vurmasın.
Otlaq sahəsinin hasara alınması möhkəm məftillə, yaxud əyilə bilən elektrikli məftillə, həmçinin 2-4 telli elektrik hasarla həyata keçirilə bilər. Quzuların örüşdə olması zamanı möhkəm hasar, yaxud qəfəsin qoyulması məsləhət görülür. Bundan əlavə, örüşdə quzuların qüvvəli yemi qəbul etmə imkanı da olmalıdır. Qüvvəli yemlərin vaxtında qəbulu hələ süd qəbuletmə vaxtında belə sürətlə böyüməsini təmin edir.
Onu da qeyd etmək lazımdır ki, örüşdən ən faydalı istifadə sərhəd çəkərək qoyunların qrup şəklində növbəli otarma sistemində saxlanmasıdır.