Nəzəri biliklərin
qiymətləndirilməsi
Test 2
Sual 1. Qoyunların saxlanmasında normalara riayət etmək anlayışı nə deməkdir?
A) Düzgün yemləmə, keyfiyyətli yem,
yaxşı saxlanma şəraiti
B) Yunun qırxımı, xəstəliklərin
müalicəsi, yunun sortlaşdırılması
C) Düzgün yemləmə
D) Heç biri
Sual 2. Bitki örtüyünün zənginliyi, yaxud çatışmazlığının səbəbi nədən asılıdır?
A) İqlimdən və tövlə şəraitindən
B) İqlim, gübrələnmə və otarılmadan
C) Gübrələnmə və yem axurunun
təmizliyindən
D) Heyvanın saxlanması və
yemlənməsindən
Sual 3. Qışda pis hava şəraitindən müdafiə üçün nə vacibdir?
A) Yerin quru olması, üstüörtülü yer,
keyfiyyətli yemləmə
B) Sığınacaq, tövlənin su təchizatı və
quru ot
C) Tövlənin təmizlənməsi və gigiyenaya
əməl etmək
D) Heç biri
Sual 4. Yayda isti, bürkülü hava şəraitindən müdafiə üçün nə mühümdür?
A) Qoyunların yemlənməsi və suya olan
tələbat
B) Yemləmə və qırxım
C) Kölgə və sığınacaq
D) Yaylaqda otarma və suyun verilməsi
Sual 5. Qoyunların ildə azı neçə gün çölə çıxması təmin edilməlidir?
A) 90 gün
B) 80 gün
C) 75 gün
D) 50 gün
Sual 6. Sığınacaqda saxlanma zamanı 50-70 kq qoyuna açıq havada nə qədər yer lazımdır?
A) 0,3 m2
B) 0,5 m2
C) 0,7 m2
D) 0,9 m2
Sual 7. Tövlədə pəncərənin sahəsi döşəmə sahəsinin azı neçə faizini tutmalıdır?
A) 1 %
B) 2 %
C) 3 %
D) 4 %