Bundan əlavə, Türkiyə Respublikasından gətirilmiş Avasi qoyun cinsi Gəncə-Qazax bölgəsində həm təmiz cinsli yetişdirilir, həm də Qarabağ, Qaradolaq cinsləri ilə çarpazlaşdırılmaqla ətliksüdlük-yunluq istiqamətli mələz qoyun sürüləri yaradılmışdır.
Cədvəl 1
Azərbaycan Respublikasında yetişdirilən qoyun cinsləri
Cinslər | Diri çəki kq-la |
1 yaşında diri çəki kq-la |
||
Qoçlar | Qoyunlar | Qoçlar | Qoyunlar | |
1. Azərbaycan dağ merinosu | 75-90 | 40-50 | 40-50 | 32-42 |
2. Sovet merinosu | 60-85 | 45-50 | 46-52 | 34-45 |
3. Balbas | 55-60 | 47-50 | 47-50 | 45-48 |
4. Qarabağ | 62-74 | 47-50 | 47-50 | 45-48 |
5. Bozax | 47-54 | 40-48 | 45-50 | 38-45 |
Mənbə: http://heyvanbazari.az/articles/meqaleler/qoyunchuluq/azerbaycan_respublikasinda_ yetishdirilen_qoyun_cinsleri
3.1 Abşeron qoyunu
Zooloji klassifikasiyasına görə uzun yağlı quyruq
qrupuna, təsərrüfat klassifikasiyasına görə yağlı
quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub,
yarımqabayunlu məhsuldar qoyun cinslərindən
biridir. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək
keyfiyyətli ət, süd, yun vermək, ekstremal iqlim
şəraitinə dözümlü, tez törəyib artmaq, ilboyu təbii
otlaqlardan maksimum səmərəli istifadə etmək, bu
şəraitdə yüksək məhsul vermək imkanına malikdir.
Otlaqda (cədvəl 2) və bordaqda intensiv kökəlir.