Cinsin xarakteristikası
• Cinsin istiqaməti – ətlik-yunluq-südlük
• Yunun növü – yarımqaba
• Yunun rəngi – açıq boz, ağımtıl
• Yunun təbii uzunluğu – 16 - 25 sm
• Yunun orta nazikliyi – 38,016 mkr
• Yunun sinfi: I - II sinif yarımqaba
• Yunun məhsuldarlığı – 3,5 - 4 kq
Diri çəkisi (kq):
• Törədici qoçlarda – 60 - 70
• Ana qoyun – 45 - 50
Eksteryer əlamətlər
Başı orta böyüklükdə, uzun sallaq qulaqlıdır. Əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir, baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır. 5 aylığında qırxıldıqdan sonra yunu açıqboz və ya ağ rəngdə olur.
Quyruğun böyüklüyü və forması
Böyük və orta, iki hissədən ibarət (sağ və sol) olmaqla diz oynağına kimi uzanır (sallanır). Quyruğun forması yığcam və az sallaqdır.
Bala məhsuldarlığı
Abşeron şəraitində hər 100 ana qoyundan 105-110 quzu alınır. Bu rəqəm bəzən 110-120- ə çata bilər. Dişi quzuların erkəklərə nisbətən 8,1% çox doğulması sürüdə ana qoyunun xüsusi çəkisinin artmasına imkan verir.
Süd – yun məhsuldarlığı
Əlverişli yaz otlaq şəraitində hər qoyundan orta hesabla yağlığı 6,4% olan 43-50 litr süd sağılır ki, bundan da 10 kq yüksək keyfiyyətli pendir hazırlamaq olar.
Yun məhsuldarlığı
Abşeron qoyununun yun məhsuldarlığı Qafqazda yetişdirilən qabayunlu qoyunlardan 1,5-2 dəfə, dağ merinosundan isə 50% çoxdur. Abşeron qoyununun təkmilləşdirilməsi nəticəsində yun məhsuldarlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, yun qabadan yarımqabaya, tünd rəngdən açıq boz, ağımtıl rəngə, kobud qabadan və ölü tükdən yarımqaba yuna keçmək istiqamətində aparılan seleksiya damazlıq işinin nəticəsi olaraq təsərrüfatda yun istehsalı və hər qoyundan qırxılan orta yun məhsuldarlığı xeyli yüksəlmişdir.
3.2 Altay dağ qoyunu
Bədəni sıx, amma incədir. Ayaqları hündür və nazikdir. Boynu uzunsov və incədir. Quyruğu qısadır. Ölçülərinə görə dağ qoyunlarının başqa alt növlərindən daha iridir.