Erkəklərin hündürlüyü peysərdə 125 sm olmaqla, erkəklərin ən uzun kəllə sümükləri ölçüsü 345-385 mm, ortalama 360 mm, dişilərdə 305-337 mm, ortalama 318 mm-dir. Buynuzlar həm erkəklərdə, həm dişilərdə var. Buynuzlar çox böyükdürlər – uzunluğu 129 sm, əhatə dairəsi 40-50 sm-ə qədər, ortalama 44 sm ölçüdədir. Buynuz yuxarıya, yana və arxaya burulur və spiral üzrə əks tərəflərə əyilir – sağ buynuz sağ tərəfə, sol isə sola. Buynuz irəli yönəlib və yüngülvari çölə əyilir. Buynuzun xarici qabırğası zəif ifadə olunub, üst tərəfi bir az qabarıqdır.
Yayılma arealı
Şimal-qərbi və Şimali Monqolustanda, eləcə də Rusiya Federasiyasında Altayın cənub-şərqində dağ silsilələrilə yayılaraq və Çuy çölünü əhatə edərək məskunlaşıblar.
3.3 Balbas qoyunu
Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoyunu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çoxdur. Bir baş qoyundan 3-4 kq yun əldə etmək mümkündür. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir. 125-135 litrə qədər süd verən bu qoyun cinsi XIX əsr və XX əsrin əvvəllərində geniş yayılmışdı.
3.4 Qaragül qoyunu
Qaragül qoyunu qabayunlu qoyun cinsidir. Əsasən, dərisindən və südündən istifadə edilir.
Qaragül qoyunu, əsasən, Türkmənistan və İranda saxlanılır.
Qaragül xəzi