Yununda həddən çox ölü və quru qılanlar var. Qarabağ qoyunları yemə az tələbkar, iri gövdəli, yunun rəngi açıq-boz və kürən rənglidir. Ana qoyunlar 45-50kq, qoçları isə 60-80 kq diri çəkiyə çatırlar. Ət çıxarı 55-60% olmaqla mərmərvari quruluşa malikdir. Yemə az tələbkardır. Sutkada 20-25 km yol gedə bilir. Əkiz balalar çox olur. Hər 100 doğar qoyundan 130- 140 baş quzu almaq olur. Ana qoyunların süd məhsuldarlığı da yüksəkdir. Laktasiya ərzində 50-60 litr süd almaq olur. Yerli şəraitə dözümlü olmaqla xəstəliyə az tutulurlar.
Sərbəst iş üçün tapşırıqlar
1. Azərbaycanda yayılmış qoyun cinsləri;
2. Abşeron qoyun cinsinin məhsuldarlığı və xarakteristikası;
3. Altay qoyun cinsinin yayıldığı zonalar və çoxalması;
4. Balbas və qaragül qoyun cinsləri və aralarındakı fərqlər;
5. Qarabağ qoyununun məhsuldarlığı.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Fəaliyyət və tapşırıqlar | Təlimat və tövsiyələr |
Qarabağ qoyun cinsini |
|