4.1.1 Plastik tövlələr
Sellofandan, yaxud plastikdən hazırlanmış tövlələr iqtisadi
cəhətdən sərfəlidir. Bu cür tövlələri bir neçə gün ərzində
inşa etmək mümkündür. Belə tövlələrin hündürlüyü az
və inşası üçün lazım olan hissələr yüngül olduğundan
təsərrüfatın özü tərəfindən qurulması həyata keçirilə
bilir. Burada tikiliş konstruksiyası istixanaların
quruluşuna oxşayır. Tövlənin qurulması üçün birbirinin
içinə taxıla bilən içərisi boş olan borulardan
istifadə edilir və bu borular tövlənin əsasını təşkil edir.
Boruların quraşdırılması bitdikdən sonra sellofanlar
boruların üzərinə keçirilir və bərk dartılmış kəndirlə
möhkəmləndirilir. Sellofanları borulara bərkitmək
üçün onların müəyyən edilmiş kənarlarında kəndirlər
mövcuddur. Tövlənin içərisində əlavə dəstək boruları
olmadığından tövləni istənilən formaya uyğun təchiz
etmək mümkündür.
4.1.2 Yeni tövlələr
Yeni tikilən tövlələr südlük maldarlıq tövlələrinə uyğun
hazırlanır. İçərisinə kifayət qədər işığın düşməsinə
şərait yaradılır və kifayət miqdarda hava mövcud
olur. Çöl divarların hündürlüyü toplanmış peyinin
hündürlüyü qədər, yəni təqribən 50-60 sm olmalıdır.
Divarın qalın olması təmin edilməlidir. Çöl divarların
hündürlüyünün 2 metrə qədər olması heyvanları
yağışdan və hava axınından qoruyur. Sadə tövlə
quruluşu sistemində çöl divarların yuxarı yüngül
hissəsinin taxta materialından izolyasiya olunması
həm xərc cəhətdən qənaətlidir, həm də təsərrüfatın
özü tərəfindən inşası asan həyata keçirilir. Əslində çöl
hissənin taxtadan izolyasiya olunması müasir tikinti
üsulunda o qədər də üstünlük təşkil etmir.
4.1.3 Havalandırma sistemləri
Damın üst hissəsindən açıq yer qoymaqla
havalandırmanı təmin etmək mümkündür və bu,
iqtisadi cəhətdən daha səmərəli hesab olunur. Açıq
yerin eni 2,5 metrdən artıq olmamalıdır.
Yan tərəfləri açıq olan damın kənarı maksimum 0,5 m kənara çıxmalıdır. Bundan başqa, kənar divarlarda havalandırma imkanları olmalıdır ki, bunların köməyilə tövlədə təmiz hava təmin edilsin. Tövlələrdə daha çox məsamələri olan pərdələrdən istifadə edilir.