Bu bölüşdürmələr təsərrüfatın idarəetməsindən asılı olaraq tövlədəki qrupların fazasına uyğun hər zaman dəyişdirilə bilər. Optimal qrup şəklində saxlanma qoyunların təbii şəraitdə saxlanmasına uyğun olmalı, yəni qrupların böyüklüyü 20-50 baş qoyundan ibarət olmalıdır. Bu bölüşdürmə istehsal texniki cəhətdən mümkün deyilsə, o zaman ən azından stabil yaş və məhsuldarlıq qrupuna diqqət yetirmək lazımdır. Bölüşdürmə zamanı asan daşına bilən sədlərdən, yaxud yem axurlarından istifadə edilir. Yaxşı olar ki, bu sədlərin hündürlüyü 0,9-1,0 m olsun.
Tövlənin qoyunların qruplarına görə hissələrə ayrılması vacibdir: Təsərrüfatda kifayət qədər yer olduqda aşağıdakı kimi bölüşdürmə aparıla bilər:
Sədlər stabil, dözümlü və yerə möhkəm bərkidilmiş olmalıdır. Ciddi şəkildə nəzarət etmək lazımdır ki, heyvanlar çölə çıxmış mismara, qırılmış hissələrə, iti uclu hissələrə toxunmaqla özlərini zədələməsinlər.
4.1.9 Yem ehtiyatının saxlanması
Yemin saxlanması üçün ayrıca anbarın (cədvəl
6) olması mütləqdir. Yem saxlama anbarının
böyüklüyü mövcud olan saxlanma üsulundan, daha
doğrusu, heyvanların tövləyə gətirildiyi vaxtdan
asılı olaraq dəyişir. Quru otla yemləmə zamanı hər
ana qoyun üçün lazım olan otun saxlanma sahəsi
3,3 m3 təşkil etməlidir. Quru otla – silos qarışığı ilə
yemləmə olduqda quru otun saxlanması üçün hər
başa 1 m3, eləcə də silosun saxlanması üçün 0,5 və
1 m3 böyüklüyündə saxlanma anbarına ehtiyac var.
Qüvvəli yemin saxlanması üçün qışda əlavə olaraq
hər baş qoyun üçün 0,2 m3 yer tələb olunur.