Avtomat su qablarının olması əmək sərfiyyatını azaldır, lakin bu su qablarının alınması üçün əlavə xərc tələb olunur. Su qablarının nəcislə, yaxud qoyunlarının ayağını qoyub çirkləndirməməsi üçün həmin su qabları heyvanların başı hündürlüyündə, təqribən 20 sm hündürlükdə olan bir yerə qoyulmalıdır. Bundan başqa, su qablarının hündürlüyə görə nizamlana bilən olması həmin yerdə peyinin yığılmasına görə nizamlanmasına imkan yaradır. Avtomatik içməli su qabları təqribən 50 qoyun üçün kifayət edir. Həmin su saxlayan maşını yerləşdirən zaman nəzərə alınmalıdır ki, su çəni kölgədə qalsın. Ümumilikdə, yaylaqda gəzdirilə bilən su çənləri və su qabları daha əlverişli sayılır. Qoyun sürülərini gəzdirərkən çox vaxt təbii sulardan istifadə edilməklə qoyunların suya olan tələbatı ödənilir. Yaylaqda qoyunlara adi su qablarında içməli su verərkən həmin su qabları hər gün təmizlənməli və təmiz su tökülməlidir. Açıq tipli tövlələrdə və yaylaqda şaxtaya davamlı su xətləri və su qablarının təchizatına diqqət yetirmək lazımdır. Günəş şüası ilə tədricən isinə bilən su qabları, yaxud enerjiyə qənaət edən izolyasiya olunmuş su çənləri içməli suyun donmasının qarşısını ala bilir.
Sərbəst iş üçün tapşırıqlar
1. Qoyun tövləsinin təchizatı, norma və qaydalar;
2. Tövlənin normalara görə inşası;
3. Tövlə formaları;
4. Köhnə tövlə ilə yeni tövlənin ümumi fərqləri;
5. Tövlənin içərisində bölmələrin yaradılması və əhəmiyyəti;
6. Yemin saxlanması prinsipləri;
7. Yem axurlarının formaları;
8. Dairəvi yem axuru ilə V formalı yem axurunun fərqi;
9. Qoyunların içməli su ilə təminatında normalar.