Yeni doğulmuş quzulara doğulandan sonra, 2-3 həftəlik olduqda və 5-6 həftəlikdə edilən üç doza peyvənd lazımlı qorumanı təmin edir.
Ani yem dəyişikliklərindən çəkinmək vacibdir!
Ağız südü çatmazlığı
Yeni anadan olan quzuların doğumdan sonra bir neçə saat içində kifayət qədər ana südü, yəni ağız südü qəbul etməməsi nəticəsində ölümlər ortaya çıxır. Buna görədə kifayət miqdarda ağız südünün quzulara içirilməsi faydalıdır. Ağız südü hesabına körpə heyvanlarda immun sistemi formalaşır. Doğumdan 15-45 dəqiqə müddətinə qədər ağız südü içirilməlidir.
Ketoz xəstəliyi
Boğazlığın irəli dövrlərində və doğum sonrası, ümumiyyətlə, əkiz-üçəm quzu daşıyan, çox zəif və çox kök qoyunlarda rast gəlinir. Ani yem dəyişiklikləri xəstəliyin ortaya çıxmasını sürətləndirir. Qoyunların boğazlıqdan əvvəl bədən quruluşunun yaxşı nizamlanması qoruyucu təsirə malikdir. Heyvanların enerji ehtiyacları kifayət qədər qarşılansa, xəstəliyə yoluxmanın qarşısı alına bilər.
Həzm pozğunluqları
İşkəmbənin yeni bir yemə alışması üçün təxminən 2 həftəlik bir müddət lazımdır. Yem dəyişmələrinə düzgün riayət olunmazsa, edilən ani yem dəyişiklikləri həzmin gedişatını pozur və çəki itkiləri meydana gəlir.
Çayır tetanusu (Hipomagnezemi)
Yaz mövsümündə təzə otların otlanmasıyla ortaya çıxan əsəbi simptomlarla nəzərəçarpan bir xəstəlikdir. Maqnezium çatışmazlığı nəticəsində ortaya çıxır. Heyvanlara maqnezium (Mg) verilməsi və ya torpağa Mg əlavələri verməklə xəstəliyə yoluxma riskini azaltmaq olar.
Zəhərlənmələr
Heyvanın ani olaraq həddindən artıq miqdarda yüksək enerjili yemi istehlak etməsi nəticəsində ortaya çıxan asidozdur. Müalicəsi çox uzun sürür və ümumiyyətlə, ölümlə nəticələnir. Bu tip təhlükələrdən qaçmaq vacibdir. Bəzi əkinçilik dərmanları və ya yemə qatılan çox miqdardakı antibiotik və ya antiparazitar dərmanlar da zəhərlənmələrə yol aça bilər.
5.1.9 Qoyunların yemə olan tələbatı
Qoyunların az yemlə qənaətlənməsi fikri əsas olaraq yun istehsalı ön planda olan təsərrüfatlar üçün söylənilir.
Yunun böyüməsi üçün o qədər də zəngin yem qəbuluna ehtiyac yoxdur, qoyunların müəyyən qədər yem qəbulu ilə yun məhsulunu əldə etmək mümkün olur. Yun çox olduqda heyvanın bədən quruluşunu çətin qiymətləndirmək olur, bəzi hallarda qiymətləndirilməsi belə mümkün olmur. Qoyunlardan lazım olan süd və ət məhsulunun əldə edilməsi, yaxud da çox balanın alınması, qısırlığın olmaması üçün lazım olan yem tələbatı ödənilməlidir.