Daha yaxşı olar ki, taxıl komponentləri üyüdülməsin, onların əzilmiş halda verilməsi məqsədəuyğundur. Çünki qoyunlar burunlarında un tozunu xoşlamırlar. Qaramalla müqayisədə yüksək çeynəmə tezliyinə görə xırdalanmış, yaxud xırdalanmamış qarğıdalı dənəsi olan yemlər qoyunlar tərəfindən daha yaxşı həzm olunur.
Sənayedə hazırlanmış yem və yemin tərkibi haqqında məlumatlar üzərində yazılmalıdır. Qüvvəli yemlərin əlavəsi adi halda yalnız yanı balalı analar üçün lazımlı hesab olunur. Bitki örtüyü zəngin olan otlaqlarda yanı balalı qoyunlara qüvvəli yemin verilməsi o qədər də mühüm deyil. Yem rasionunun planlaşdırılmasında mümkün quru maddə qəbuluna diqqət yetirmək vacibdir. Balası olan qoyunlarda quru maddə təqribən gündə 2,5 kq-a qədər, yüksək məhsuldar südlük qoyunlarda isə gündə 3,5 kq-a qədər ola bilər. Nəzərə almaq lazımdır ki, həzməgediciliyi yaxşı olan yem 10,9 MC/kq quru maddə hesabı ilə götürülməlidir.
5.2 Ana qoyunların yemlənməsi
Ana qoyunların qida maddələri ilə optimal təmin
edilməsində əsas şərt arzu olunan məhsuldarlıq
nəticəsinə nail olmaqdır. Hər bir məhsuldarlıq
dövrünə uyğun olaraq qida maddələrinə olan tələbat
da müxtəlifdir. Əsaslı olaraq ana qoyunlarda üç
məhsuldarlıq dövrü fərqləndirilir. Buna görə də
müxtəlif yemləmə şərtləri tələb olunur. Birincisi,
qoyunların boğazlığın başlanğıcında olan dövrüdür,
ikincisi, boğazlığın son iki ayı və quzuların ana
qoyundan südü qəbul etdikləri vaxtdır. Yem rasionunu
hesablayarkən bu vaxtlar və yemin həmin vaxtlara
uyğun tərkibi və yem qəbulu imkanları nəzərə
alınmalıdır. Mövcud yemin tərkib hissəsi lazım olan
qida maddələrinə tələbatı ödəmirsə, bu zaman həmin
çatışmazlığı ödəmək üçün uyğun əlavə yem ehtiyatı
tələb olunur. Yem qəbulunun miqdarı haqqında
(cədvəl 8) lazımi biliyə malik olmaq rasionun tərtib
edilməsi üçün son dərəcə vacib rol oynayır. Tərtib
olunmuş və tətbiq olunan rasionun heyvan tərəfindən
düzgün mənimsənilməsinə təsərrüfatın rəhbəri,
yaxud aidiyyəti şəxs nəzarət etməlidir. Heyvan
lazımi miqdarda yem qəbul etmədikdə, ən yaxşı yem rasionu belə məhsuldarlıqda əhəmiyyət kəsb etmir.