Ona görə də heyvanların yem qəbulu vaxtlarını uzun müddət müşahidə etmək lazımdır. Heyvanların yem axuru bir saatdan sonra boşdursa, bu, o deməkdir ki, yem kifayət qədər deyil və heyvanlar lazımi miqdarda yemi qəbul etməmişdir. Yem qəbulunda dəyişikliklər müxtəlifdir. Bu, heyvanların diri çəkisindən, yemdən və yemin dadından, keyfiyyətindən və ətraf mühit təsirlərindən asılı olaraq dəyişir. Xüsusilə qışda heyvanlar üşüdükdə, yaxud yayda hava bürkü olduqda yem qəbulunda azalma hiss olunur.
Beləliklə, tələbata uyğun rasionu tərtib edərkən verilmiş yemin heyvan tərəfindən faktiki qəbul edilməsi də vacib rol oynayır. Qida maddələri ilə təminatla yanaşı, mineral, vitamin və suya olan tələbata da diqqət yetirmək lazımdır. Xüsusilə heyvan susuz olduqda yemin qəbulu üçün həvəs qalmır. Suyun miqdarı kifayət etmədikdə heyvanın süd məhsuldarlığının azalması müşahidə olunur.
Cədvəl 8
Əkiz balalı qoyun üçün gündəlik yem rasionu
Yem |
Miqdar kq-la |
Enerji |
Xam protein |
Kalsium |
Fosfor |
Natrium |
Maqnezium |
Quru ot | 1,4 | 11,9 | 168 | 6,3 | 4,3 | 0,7 | 2,1 |
Qarışıq yem |
1,0 | 10,8 | 180 | 8,0 | 4,0 | 2,0 | 2,0 |
Cəmi | 2,4 | 22,7 | 348 | 14,3 | 8,3 | 2,7 | 4,1 |
Mənbə: https://www.landwirtschaftskammer.de/landwirtschaft/tierproduktion/schafhaltung/ fuetterung/futterwerte-schafe.htm
Yemləmədə nəzərə alınmalı mühüm amillər aşağıdakılardır:
5.2.1 Mayalanmaya az qalmış qoyunların yemlənməsində tələblər
Mayalanmaya təqribən dörd həftə qalmış qoyunların həyat fəaliyyətini təmin etməkdən ötrü 20% artıq qida maddəsi verilir. Bu, ovulyasiya normasının yüksəlməsinə təsir edir və döl vermənin nəticəsinin daha yaxşı olmasına səbəb olur. Əlavə yemin verilməsi mayalanmadan 3 həftə sonra da davam etdirilməlidir ki, embrionun ölmə faizi aşağı düşsün. Xüsusilə əlavə yemləmənin zəif bədən quruluşuna malik olan qoyunlarda tətbiqi daha effektlidir.