Südün turşuluq dərəcəsi (pH) 4 olur. Turşunun südə əlavə edilməsi ilə südü 1-3 günə kimi ehtiyat şəklində saxlamaq mümkündür. Bu da ki, daha az enerji və əmək sərfi ilə nəticələnir. Gündə yalnız 1-2 dəfə qarışdırılmalıdır. Süd soyuq və turş olduğuna görə quzu daha az süd qəbul edir. Bunun vasitəsilə balada həzm pozğunluqları təhlükəsi daha az olur. İsti süd qəbulu ilə müqayisədə yuxarıda qeyd olunduğu şəkildə gün ərzində soyuq südün qəbulu daha müvafiqdir. Buradan belə nəticəyə gəlmək olar ki, soyuq şəkildə südün qəbulu quzuların daha yaxşı böyüməsini təmin edir. Hər bir süd vermə üsulunda nəzərə alınmalıdır ki, imkan olduqca quzular ana qoyundan az müddət olsa belə süd qəbul etsin. Ana qoyundan süd qəbul edən quzularda rezin əmcəklərdən südün qəbul edilməsinə alışdırılma daha asan olur.
Cədvəl 10 İsti və soyuq süd içirmə ilə quzuların yetişdirilməsinin nəticələri
Xüsusiyyət | Turş-soyuq süd | İsti şirin süd, gündə 3 dəfə |
Başlanğıc çəki, kq | 6,50 | 7,10 |
Son çəki, kq | 23,80 | 23,60 |
Kökəltmənin müddəti, gün | 49 | 52 |
Gündəlik çəki artımı, qramla |
372 | 327 |
Süd tozu qr/kq | 1082 | 927 |
Qüvvəli yem, qr/kq | 259 | 469 |
Ət % | 62,47 | 65,38 |
Yağ % | 13,60 | 10,41 |
Sümük % | 23,93 | 24,21 |
Mənbə: https://www.landwirtschaftskammer.de/landwirtschaft/tierproduktion/schafhaltung/ fuetterung/futterwerte-schafe.htm