Nəzəri biliklərin
qiymətləndirilməsi
Test 5
Sual 1. Yemləmə düzgün aparılmadıqda həzm aparatına hansı mənfi təsiri göstərir?
A) Həzm aparatının sekretor və motor
funksiyası pozulur.
B) Həzm aparatında dəyişiklik baş
vermir.
C) Qaraciyər funksiyasını itirir.
D) Heç biri düzgün deyil.
Sual 2. Həddindən çox yemləmənin mənfi tərəfi nədir?
A) Məhsuldarlıq artır və heyvan kökəlir.
B) Maddələr mübadiləsi pozuntusu baş
verir, məhsuldarlıq azalır.
C) Ətin çəkisi artır və piylənmə olur.
D) Heyvan çox yem yeyir və ətin
keyfiyyəti pisləşir.
Sual 3. Zülalın heyvan orqanizmində rolu nədir?
A) Pendirin istehsalında mühüm rol
oynayır.
B) Südün tərkibində protein əmələ gəlir.
C) Heyvanın qidalanmasına təsir edir.
D) Bədən toxumaların böyüməsi və
yenilənməsi prosesini həyata keçirir.
Sual 4. 40 kq diri çəkisi olan ətlik quzunun gündəlik quru ot tələbatı nə qədərdir?
A) 1 kq
B) 1,2 kq
C) 0,50 kq
D) 0,32 kq
Sual 5. 40 kq diri çəkisi olan ətlik quzunun kökəltmədə arpaya olan ümumi tələbatı nə qədərdir?
A) 36,5 kq
B) 39,5 kq
C) 46 kq
D) 52 kq
Sual 6. Tam yetişmiş keyfiyyətli yemin həzməgediciliyi neçə faizdir?
A) 70-75 %
B) 65-68 %
C) 53-62 %
D) 50-55 %
Sual 7. Yanı balalı qoyunlara gün ərzində maksimum nə qədər qüvvəli yem vermək olar?
A) 3,5 kq
B) 2,8 kq
C) 1,25 kq
D) 0,5 kq