Nəzəri biliklərin
qiymətləndirilməsi
Test 6
Sual 1. Gigiyenik yemləmə anlayışı nə deməkdir?
A) Zəngin yemləmə
B) Təmiz yem və su təminatı
C) Suya olan tələbatın ödənilməsi
D) Peyinin təmizlənməsi
Sual 2. Qoyunlara keyfiyyətsiz senajın verilməsi hansı xəstəliyi yaradır?
A) Heyvanda iştaha pozuntusu
B) Məhsuldarlığın azalması
C) Listerioz xəstəliyi
D) Çiçək xəstəliyi
Sual 3. Əlverişli yemləmə anlayışı nə deməkdir?
A) Tövlənin təchizatı və yem axurları
B) Qoyunların müalicəsi və profilaktikası
C) Optimal, rasiona uyğun yemləmə
D) Yem xərclərinin artması
Sual 4. Gövşəməyə yararlı yemləmə nə deməkdir?
A) Heyvanın otlaqda otarılmasının
təşkili
B) Yem rasionunu tərtib etmək
C) Yüksək keyfiyyətli yem, əzilmiş,
preslənmiş qüvvəli yem
D) Heç biri
Sual 5. Məhsuldarlığa uyğun yemləmənin aparılması nə deməkdir?
A) Yaş, cins və məhsuldarlığa görə
düzgün yem rasionu
B) Ət məhsuldarlığın artması
C) Südün keyfiyyətinin artırılması və
satışı
D) Məhsulun əldə edilməsi üçün quru
otun verilməsi