Təlim nəticəsi 7. Süd vəzilərinin quruluşu. Fiziologiyası. Qoyun südünün faydaları
Qoyun südünün insan sağlamlığı üçün bir çox faydası var ki, bunlar aşağıdakılardır:
Süd vəziləri. Süd vəziləri qoyunlarda iki yarım hissədən və iki paycıqdan ibarətdir. Süd vəziləri stroma və parenxima hissələrindən təşkil olunur. Onun stroma hissəsi birləşdirici toxumadan əmələ gəlir, süd alveollarını və çıxarıcı kanalları əhatə edir. Yelinin parenxima hissəsi isə süd alveolları, süd axarları və süd sisternindən ibarətdir. Süd vəziləri xaricdən dəri ilə örtülür.
Süd vəzilərinin fiziologiyası dedikdə südün əmələ gəlməsi və onun ifrazı nəzərdə tutulur. Südün əmələ gəlməsi və ifrazı bir-biri ilə sıx əlaqədə olan prosesdir ki, bunlar da birlikdə laktasiya adlanır. Laktasiyanın davam etmə müddəti heyvanın növü, orqanizmin vəziyyət və istifadəsi, yemlənmə və saxlanması ilə olduqca sıx əlaqədardır. Südün əmələgəlməsi neyro-humoral sistem tərəfindən tənzim edilir.