Yumşaq pendirin istehsalı təzə pendirə nisbətən daha çox xərc tələb edir və pendirin növündən asılı olaraq 3-4 həftə yetişdirmə otaqlarında saxlanmalıdır.
Bərk pendir daha çox hazırlama mərhələləri tələb edir və yetişməsi üçün 6-8 həftə lazımdır. Sabit qatılığına və tərkibində suyun miqdarının az olmasına görə bu pendir növünü daha uzun müddət saxlamaq olur. Bərk pendir üçün ən çox sevilən yetişmə növü qırmızı rəngdə olmasıdır. Bu pendir növünün hazırlanması üçün daha çox süd tələb olunur. Yəni 10 litr qoyun südündən 1,5-2 kq bərk pendir almaq olur.
7.2.2 Qoyun südünün vitamin tərkibi
Qeyd etdiyimiz kimi, qoyun südü inək və keçi südündən nəinki qida dəyərinə görə, həmçinin sağlamlıq dəyərinə görə fərqlənir. Buna görə də təsadüfi deyil ki, qidalanmanın böyük hissəsini qoyun südündən əldə edilən məhsulların təşkil etdiyi ölkələrdə insanlar uzun həyat sürürlər.
Qoyun südünün vitamin tərkibi inək südündən nəzərəçarpacaq dərəcədə yüksəkdir (cədvəl 13). Qoyun südünün xüsusi tibbi dəyərinin səbəbi onunla izah edilir ki, qoyun yeganə ev heyvanıdır ki, xərçəng xəstəliyinə qarşı davamlıdır. Bu, süddə yüksək tərkibli orot turşusunun olması ilə bağlıdır. Həmin orot turşusu gec kəşf edilmişdir və bir neçə ildir ki, B13 vitamini kimi göstərilir. Orot turşusunun digər yaxşı xüsusiyyətləri ilə yanaşı, hüceyrə toxumalarının bərpası təsiri sübut olunmuşdur. Qoyun südündə orot turşusunun tərkibi inək südünə nisbətən təqribən 4 dəfə, keçi südündən 6 dəfə çoxdur və insanda olan tərkibdən isə 60 dəfə çoxdur.
Cədvəl 13
İnək südü ilə müqayisədə qoyun südünün vitamin tərkibi (hər litrə)
Vitamin | Qoyun südü | İnək südü | Qoyun-/İnək südü |
A | 0,5 mq | 0,3 mq | 1,7:1 |
B1 | 0,48 mq | 0,36 mq | 1,3 :1 |
B2 | 2,3 mq | 1,8 mq | 1,3 :1 |
B12 | 5,1 q | 5,4 q | 0,95:1 |
B13 (Orot turşusu) | təqr. 400 mq | təqr. 100 mq | 4,0 :1 |
C | 42,5 mq | 14,7 mq | 2,9 :1 |
Mənbə: http://www.oelbergalm.de/schafhalter/milch.htm
7.3 Sağım gigiyenası
Quzulu qoyunlar gündə 1 dəfə, quzusuz qoyunlar isə 2 dəfə sağılır. Qoyunların
laktasiya dövrü 3,5-4 aya qədərdir. Qoyunlar Moldova və Qafqaz üsulu ilə sağılır.
Moldova üsulunda qoyunu tez (45-50 saniyəyə) sağmaq olur. Lakin süd çirklənə
bilir. Çirklənmənin qarşısını almaq üçün süd sağılacaq qabın ağzı ikiqat tənziflə bağlanmalıdır.