1.2 Otarmanın əhəmiyyəti
Otarılan örüş sahələri heç otarılmayan örüş sahələrinə nisbətən daha faydalıdır. Lakin əhəmiyyətli olan otarma prosesinin yuxarıda izah edildiyi kimi, müəyyən bir sistemə görə həyata keçirilməsidir. Sistemsiz otarmada çəmənlik və otlaq sahələrinin zərər görməsi hamıya məlumdur.
Otarma aparılan örüş sahələrində otarmanın təmin etdiyi faydalar aşağıdakı kimidir:
1.3. Normal bir otlağın xüsusiyyətləri
Normal otlaq sahəsi aşağıdakı tələblərə cavab verməlidir:
1.4. Otarmadan əvvəl heyvanların
hazırlanması
Örüşə çıxmazdan əvvəl heyvanlara ilk olaraq örüş peyvəndi edilməlidir. Bu zaman onlara az miqdarda quru ot verilməlidir, heyvanların dırnaqlarına baxılmalı və müalicə edilməlidir. Erkək və dişi heyvanlar ayrılmalıdır. Özünü əmən və ya əmizdirən heyvanlara burunluq, boyunduruq taxılmalı və ya yelininə, xüsusilə əmcəklərinə dəsmal bağlanmalıdır.
1.4.1. Özünü əmən heyvanların hazırlanması
Sürüdəki heyvanlardan bəziləri özünü başqa heyvanlara əmdirir. Bu, böyük miqdarda süd itkisinə və həmçinin heyvanların əmcəklərinin zədələnməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün heyvanların əmcəklərinə bezdən dəsmal bağlanır.
Bəzən də heyvanlar öz-özlərini əmirlər. Bu da tez-tez rastgəlinən haldır. Bu cür heyvanlara da "boyunduruq" taxılır. Boyunduruq sayəsində heyvan geriyə dönərək öz-özünü əmə bilmir.
1.4.2. Başqa heyvanları əmən heyvanlara edilən proseduralar
Başqa heyvanları əmən heyvanlara "burunluq" deyilən bir kəmər bağlanır. Burunluğun üzərində iti mismarlar olur.