Yaylağın heyvanların
otarılmasına yararlılığını
yoxlayın. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Heyvanların yem və su qablarının təmizliyini
yoxlayın.
- Təmiz deyilsə, onları işçilərin köməyilə
təmizləyin.
- Yem və su qablarının çirkli olması yaylaqdakı
heyvanların xarici görünüşündən də bəlli olur.
- Yem və su qabları çirkli olan yaylaqlarda
heyvanlar tez-tez xəstələnir və çox vaxt zəif
olurlar.
- Yaylağın təmizliyinə diqqət yetirin, gördüyünüz
çatışmayan cəhətləri məlumat kitabçasına
qeyd edin və günün sonunda təsərrüfatı
məlumatlandırın.
|
Örüşdə heyvanların
saxlandığı yerdə kölgəliklərə
və heyvanların sağım
yerlərinin ayrılmasının
müşahidə edin
|
- İş paltarını geyinin.
- Örüşə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Heyvanın yem axuruna diqqət yetirin, əgər
qabağında yem yoxdursa, yem itələyici ilə yemi
heyvanların qabağına itələyin.
- Heyvanların dırnağına və yelininə baxın. Əgər
heyvan axsayırsa, yaxud dırnağında yaralanma
görmüsünüzsə, dərhal həkimi, yaxud feldşeri
məlumatlandırın.
- Heyvan yıxılmışdırsa, onu həkimin yardımı ilə
qaldırın.
- İsti yay aylarında və güclü leysan yağışları
zamanı sığınacaqların olması xüsusilə vacibdir.
Sığınacaqlar mümkün qədər hündür olmalıdır ki,
bol hava olsun.
- Sağım yerləri ayrıca təşkil edilməli, ana qoyunlar
baladan ayrılmalıdır. Sağım yerlərinin təmizliyi
başlıca şərtdir.
- Bu sadalananlar olmadıqda, təsərrüfat sahibinə
çatışmazlıqları izah etməyə çalışın.
|